Şezana Ənvər (21 avqust 1989) — Keniyalı oxatan. Şezana Ənvər Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmçinin həmin Olimpiya Oyunlarında Keniyanın bayrağını apardı.
Karyerası Şezana Ənvər birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ki Bo-Bae ilə üz-üzə gəldi. Həmin görüşdə Şezana Ənvər rəqibinə 1:7 hesabı ilə uduzdu.
Mənbələr İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar