Yuri Qaqarin (; ) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.

Həyatı Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.

1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.

9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.

14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.

Filateliya və numizmatika

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ pilotları Kateqoriya:Rusiya kosmonavtları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:SSRİ kosmonavtları Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Rusiyada vəfat edənlər Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Vostok proqramı Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:Rusiya pilotları Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Alimlər Kateqoriya:Azərbaycan şəhərlərinin fəxri vətəndaşları