İstanbul Universiteti () — İstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü dövlət tədqiqat universiteti.
Əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulmuş, 1846-cı ildə isə Osmanlı imperiyasında Avropa təcrübəsinə əsaslanan ilk ali təhsil qurumu olaraq yenidən formalaşdırılmışdır. 1933-cu ildən bugünkü adı ilə fəaliyyət göstərən qurum müasir Türkiyənin ilk ali təhsil müəssisəsidir. Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə və irili-xırdalı 10 kampusda bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır.
İstanbul Universiteti Koimbra qrupunun üzvüdür. Eyni zamanda, universitetin Biznes və idarəetmə fakültəsi Eduniversal nəşrinin 2020-ci il üçün olan ali idarəetmə məktəbləri hesabatına görə Yaxın Şərq üzrə üçüncü, Türkiyə üzrə isə ikinci ən nüfuzlu fakültə olmuşdur. Sözügedən elmi vahid "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universiteti fakültəsidir.Wiktionary.Istanbul University Nəqliyyat və loqistika fakültəsi isə, BMT nəzdnində fəaliyyət göstərən Beynəlxalq Yol və Nəqliyyat İttifaqı (IRU) tərəfindən akkreditasiya olunmuşdur. Bundan əlavə, Təbiət elmləri fakültəsi dünyanın ən iri yüksək enerji fizikası laboratoriyasına malik olan Avropa Nüvə Araşdırmaları Təşkilatında aparılan 4 əsas tədqiqat üzrə Türkiyəni təmsil edir.
2003-cü ildən etibarən ardıcıl olaraq dünyanın ən nüfuzlu 500 universiteti siyahısına daxil olmuş Türkiyənin ilk dövlət universiteti olmaqla yanaşı, 2020-ci ilin sıralamasına görə qlobal miqyasda 335-ci yerdə qərarlaşmışdır. Dünya universitetlərinin akademik reytinqi tərəfindən 2019-cu ildə təqdim olunan sıralamada isə Türkiyə üzrə birinci yerə çıxmışdır. Həmçinin 2013-cü ildən etibarən Asiyanın ən mütərəqqi 100 universiteti sırasındadır. Əlavə olaraq, 2020-ci ildə Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında patent müraciəti sayına görə İstanbul Universiteti birinci sırada yerləşir.
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən İstanbul Universitetinin məzunları arasında iki Nobel mükafatı laureatı (Əziz Sancar və Orxan Pamuk), İsrailin ən uzun müddət hakimiyyətdə olmuş prezidenti Yitzhak Ben-Zvi, İsrailin iki baş naziri (David Ben-Qurion və Moşe Şaret), Türkiyə prezidenti Abdullah Gül, Türkiyənin altı baş naziri (Suat Xeyri Ürgüplü, Sədi İrmaq, Nihat Ərim, Refik Saydam, Naim Talu, İldırım Ağbulud) və İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu vardır.
Tarixi
Osmanlı dövrü Erkən tarixi right|thumb|250px|İstanbul Universitetinin kampusundakı Bizans dövrünə aid sütun qalıqları İstanbul universitetinin quruluş tarixinə dair müxtəlif fərziyyələr vardır. Alman tarixçi Riçard Höniq hazırkı "Bəyazid" kampusunun yerləşdiyi ərazidə Roma üslubunda fəaliyyət göstərən və tibb, hüquq, fəlsəfə, ədəbiyyat kimi sahələrdə təhsil verən bir təşkilatın mövcudluğundan bəhs etmişdir. Onun tədqiqatlarına əsasən, belə bir qurumun varlığı nəzərə alındıqda, İstanbul Universitetinin quruluş tarixini 1321-ci ilin 1 mart tarixi ilə əsaslandırmaq mümkündür. Lakin türk tarixçilər, ali təhsil qurumunun əsasının 30 may 1453-cü ildə, Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra II Mehmed tərəfindən qoyulduğunu bildirirlər. Belə ki, qeyd edilən tarixdə, şəhərdə xalqla aparılan məşvərətlər zamanı, dövrün ali təhsil ehtiyacı da nəzərə alınmaqla, yeni bir təhsil qurumunun yaradılması qərarlaşdırılmışdır. Universitetin rəsmi loqosunda da, quruluş tarixi kimi "1453" qeyd olunmuşdur.
Modernizasiya dövrü
Darülfünun Osmanlı Dövləti, XIX əsrdən etibarən ali təhsilin modernizasiyasına başlayaraq, Avropa təcrübəsinə əsaslanan müasir bir ali təhsil qurumu yaratmağa çalışırdı. Xüsusilə, Tənzimat islahatları dövründə, bəşəri elmlərin tədris olunacağı ali təhsil qurumunun yaradılması prioritetləşərək, ictimai təhsil məsələsi qismində geniş müzakirə olunmuşdur. Bu səbəbdən, Sultan Əbdülməcidin şəxsi istəyi ilə "Müvəqqəti Maarif Məclisi" yaradılmışdır. Sözügedən məclis komissiya xarakteri daşımaqla, bir sıra tədqiqatlar aparmış və dövrün tələblərinə cavab verən müfəssəl bir təhsil proqramını sultana təqdim etmişdir. Proqrama görə orta və ilkin təhsil müəssisələrinin üzərində, müasir əsaslarla bir təhsil qurumu yaradılmalı idi. Bu baxımdan, ənənəvi təhsil institutlarının bazasında, 1846-cı ildə o dövrkü paytaxt İstanbul şəhərində, "Darülfünun" adlı Avropa modelində formalaşdırılan yeni ali təhsil ocağı fəaliyyətə başladı. Burada elmi təlim-tədrislə yanaşı, əhalinin ümumi maarif səviyyəsinin yüksəldilməsi üçün zamanın görkəmli ictima-siyasi xadimləri tərəfindən xüsusi ictimai mühazirələr də oxunmuşdur. Bu qəbildən olan mühazirələr Osmanlı dövlətinin müasir maarifçilik mədəniyyətinin başlanğıc nöqtəsi hesab olunur.
Darülfünün-i Osmani left|thumb|250 px|Darülfünuna verilən ilk binalardan biri 1869-cu ildə dərc olunan "Maarfi Ümumiyə" nizamnaməsinə görə Darülfünunun faəliyyətini "Darülfünün-i Osmani" adı altında davam etdirəcəyi, türk dilində aparılacaq tədris prosesinin müddətinin 3 il olacağı və tələbələrin məzuniyyət üçün diplom işi hazırlamalı olduğu bildirilirdi. Bundan əlavə, Ali təhsil ocağının Sultanəhməd meydanı yaxınlığındakı bir binada fəaliyyətə başlamasına qərar verildi. "Darülfünün-i Osmani"yə qəbul üçün min nəfərdən çox şəxs müraciət etsə də, onlardan 450 nəfər tələbə adı qazanmağa müyəssər oldu. Ali təhsil ocağının açılışı Ramazan ayına təsadüf etdiyi üçün burada, müəllim heyəti tərəfindən ictimai konfranslar da verilmişdir.
Rəsmi açılış isə 1870-ci ilin fevral ayında mümkün oldu. Hökumət nümayəndələrinin də iştirakı ilə baş tutan açılış mərasimində təhsilin əhəmiyyətinə dair çıxışlar edilmişdir. İlkin dövrdə, tədris prosesi əsasən, hərbi məktəblərdən təmin olunan müəllim heyəti ilə aparıldı.
Darülfünün-ı Sultani Maddi-texniki problemlər, 1874-cü ildə ali təhsil ocağının ikinci dəfə yenidənqurulmasına səbəb oldu. Qeyd olunan məsələlərin həlli üçün "Qalatasaray Sultanisi" ilə ortaq fəaliyyət planı hazırlandı və bir sıra çətinliklərə baxmayaraq Darülfünun öz fəaliyyətini bu formada davam etdirdi. Dövr ərzində, ali təhsil qurumunun əsas tədris dili fransızca olduğundan tələbələr də, əsasən "Qalatasaray Sultanisi" məzunları idi. "Darülfünün-ı Sultani"də hüquq, mühəndislik, ədəbiyyat və s. ixtisaslar üzrə tələbələr yetişdirilmişdir.
Darülfünün-ı Şahane Sultan II Əbdülhəmidin tapşırığı ilə dövrün maarif naziri Darülfünun müəssisəsinin fəaliyyət istiqamətlərini yeni əsaslarla tərtib etdi. Ali təhsil ocağı 1900-cü ildən dövlətin xüsusi nəzarətində tədrisə başladı. Osmanlı ərazisində İkinci Məşrutiyyət elan olunduqdan sonra isə qurum modernizasiya edilərək, ali təhsil ödənişsiz hala gətirildi. Bu dövrdə, qeyri-rəsmi "İstanbul Darülfünunu" olaraq da adlandırılan ali təhsil ocağına inzibati və təşkilati məsələlərdə müəyyən müstəqillik də verilərək, onun səmərəli fəaliyyətinə imkan yaradıldı. Bundan əlavə, Bağdad və Konya şəhərlərində yerləşən hüquq məktəbləri, o cümlədən İstanbulda yerləşən diş həkimliyi və əczaçılıq fakültələri sözügedən qurumun tərkibinə verildi. Müxtəlif elmi sahələr üzrə tədqiqata söykənə təhsil verməyə başlayan "İstanbul Darülfünunu" Balkan müharibələrinin ardınca, qız tələbələr də qəbul etməyə başladı.Rüegg, Walter: "European Universities and Similar Institutions in Existence between 1812 and the End of 1944: A Chronological List", in: Rüegg, Walter (ed.): A History of the University in Europe|A History of the University in Europe. Vol. 3: Universities in the Nineteenth and Early Twentieth Centuries (1800–1945), Cambridge University Press, 2004, , p. 687
Birinci Dünya müharibəsi dövründə alman professorların iştirakı ilə akademik heyətini xeyli gücləndirən ali təhsil ocağı, müharibədən sonrakı dövrdə yeni binalarda yerləşdirildi. Bir sıra islahatların ardınca, qurumun idarəedici orqanı kimi idarə heyəti və idarəedici kimi rektorluq vəzifəsi yaradılmışdır.
Müasir dövr thumb|250 px|Darülfünun giriş qapısı XX əsrin əvvəllərində
İstanbul Darülfünunu Türkiyə Cümhuriyyətinin quruluşundan sonra ali təhsil qurumu rəsmən "İstanbul Darülfünununu" olaraq yenidən formalaşdırıldı və müstəqil fəaliyyətinə imkanlar yaradıldı. Bu zaman kəsiyində, modernizasiya istiqamətində olduqca ciddi addımlar atılmışdır. Məsələn, yeni kafedralar formalaşdırılmış, akademik heyət gəncləşdirilmiş, əcnəbi pedaqoqlar dəvət olunmuş, fakültələrdə elmi jurnallar və dərsliklər dərc olunmuşdur. Bir sıra tədqiqaçtılara görə, ənənəvi struktura malik təhsil ocağı, nail olunan uğurlara baxmayaraq müasirlərindən bir sıra parametrlər üzrə bir qədər geri qalırdı.
İstanbul Universiteti thumb|250 px|left|Atatürk İstanbul Universitetində, 1933 "İstanbul Darülfünununu"nun aparılan mədəni islahatlara cavab verməkdə gecikməsi və bəzi hallarda çətinlik çəkməsi yeni qurulmuş Türkiyə Cümhuriyyətinin müvafiq vəzifəlilərinin diqqətindən yayınmamışdı. Ələlxüsus, türk dili və tarixi ilə əlaqədar mülahizələrdə önəmli rolu olacağı gözlənilən Darülfünunun bu gözləntiləri doğrultmaması, onun yenidən formalaşdırılmasına dair edilən çağırışları daha da gücləndirirdi.
1930-cu ildə ali təhsil ocağına baş çəkən prezident Atatürk, buradakı bir sıra inzibati çatışmamazlıqları və ali təhsil islahatının zərurətini müşahidə etmişdir. Beləliklə, Atatürk tərəfindən ali təhsil islahatlarına başlamaq qərarı verildikdən sonra, Avropadan məsləhətləşmə məqsədi ilə təhsil üzrə mütəxəsislər dəvət olundu. İsveçrəli pedaqoq, professor Albert Malşe ali təhsil islahatlarında iştirak edən əcnəbi mütəxəssis kimi hazırladığı təqdimatda, Darülfünun institutunun bütövlükdə, modern təhsil əsasları ilə yenidənqurulmasının mümkünsüzlüyünü bildirmişdir. Bununla da "İstanbul Darülfünununu"nun bazasında, təhsil nazirliyinə bağlı və dövrün tələblərinə cavab verən İstanbul Universitetinin yaradılması qərara alındı.
Beləliklə, 1933-cü ildən modern təhsil anlayışı ilə tədris proseslərini həyata keçirdən İstanbul Universiteti, çağdaş Türkiyənin ilk müasir ali təhsil qurumu oldu.
Fakültələri İstanbul Universitetində fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahid fəaliyyət göstərir. Universitetdə aşağıdakı fakültələr mövcuddur:
Biznes və idarəetmə fakültəsi 1954-cü ildə ABŞ-nin Harvard Universitetinin Biznes Məktəbinin Türkiyə filialının İstanbul Universiteti nəzdində fəaliyyətə başlaması ilə Biznes və İdarəetmə Fakültəsinin əsası qoyulmuşdur. 1968-ci ildə hazırkı adı ilə tədrisə başlamaqla, Türkiyənin ilk biznes məktəbi adını almışdır. 1989-cu ildən İstanbul şəhərinin Ovçular rayonundakı kampusunda fəaliyyət göstərir. Burada, həm türk, həm də ingilis dillərində tədris aparılır. thumb|left|250px|İstanbul Universitetinin əsas giriş qapısı Fakültədə elmi-tədqiqat prosesi əsasən fakültə nəzdindəki "İdarəetmə İqtisadiyyatı İnstitutu" tərəfindən həyata keçirilir. Elmi fəaliyyətlə yanaşı, Biznes və İdarəetmə Fakültəsində "İdarəetmə", "Mədəniyyət" və "Tərəqqi" adlı tələbə elmi cəmiyyətləri mövcuddur. 2012-ci ildə, sözügedən fakültə dünyanın nüfuzlu biznes və idaretmə məktəblərinin akkreditasiya olunduğu AACSB ("The Association to Advance Collegiate Schools of Business") tərəfindən Türkiyədə dövlət universitetləri arasında akkreditə olunmuş ilk və tək elmi qurum olmuşdur.
Eduniversal nəşrinin 2020-ci il üçün olan ali idarəetmə məktəbləri hesabatına görə İstanbul Universitetinin Biznes və idarəetmə fakültəsi Yaxın Şərq üzrə 3-cü, Türkiyə üzrə isə 2-ci ən yaxşı fakültə olmuşdur.
Siyasi elmlər fakültəsi thumb|150 px|Siyasi elmlər fakültəsinin köhnə binası