thumb|right|300px|Seyşel
Seyşellər (ing. Seychelles; fr. Seychelles; sey-kreol. Sesel) və ya rəsmi adı ilə Seyşellər Respublikası (ing. Republic of Seychelles; fr. République des Seychelles; sey-kreol. Repiblik Sesel) — Şərqi Afrikada ada-dövlət. Seyşellər Hind okeanının qərbində yerləşir və adalara ən yaxın ölkələr Komor adaları, Madaqaskar və Mavrikidir. Ölkə Seyşel, Amirant, Kosmoledo adaları olmaqla, 115 adadan ibarətdir. Paytaxtı və ən böyük şəhəri Viktoriya, ümumi sahəsi 459 kvadrat kilometr, əhalisinin 98 min nəfərdən çoxdur.
Tarixi Adalar 1505-ci ildə Portuqaliyalılar tərəfindən kəşf olunub. 1768-ci ildə Fransızlar tərəfindən işğal edildi. 1794-cü ildə Böyük Britaniya Krallığının hakimiyyəti altına keçdi. 1810-cu ildə İngilis koloniya idi. 1814-cü ildə Paris Sülh Müqaviləsi ilə tam şəkildə Birləşmiş Krallığa verildi. 1903-cü ildə Birləşmiş Krallığa aid bir koloniya oldu. 1976-ci ildə müstəqilliyini əldə etdi. Bir il sonra hərbi çevriliş edildi və France Albert Rene hakimiyyəti ələ keçirdi. 1979-cu ildə elan edilən yeni konstitusiya ilə tək partiyalı bir dövlət oldu. France Albert Rene 1989-cu il seçkilərini də qazanaraq üçüncü dəfə prezident oldu. 1977-ci ildəki çevrilişdən sonra ilk çox partiyalı seçki 23–26 iyul 1992-ci ildə keçirildi. Seçkinin məqsədi konstitusiya layihəsini hazırlamaqla vəzifəli 23 nəfərlik bir komissiyanın üzvlərini müəyyən etmək idi. Konstitusiya təklifi 15 noyabr 1992-ci ildə xalq səsverməsinə təqdim edildi, amma 60 %-lik həddi keçə bilmədiyi üçün qəbul edilmədi.
Əhalisi Əhalinin etnik tərkibini Kreollər təşkil edir. Kreol fransız əsilli olub Luizianada və İspan əsilli olub Karib Adalarında doğulmuş və buralarda yaşamış kəslər deməkdir. Bunlar əsas etibarilə Fransız, İspan, Asiyalı və Afrikalı insanların bir-birləriylə qaynayıb-qarışması nəticəsi meydana gələn mələz insanlardır. Xalqın çoxu Katolikdir. Bundan başqa bir qədər Müsəlman, Protestant və Hindust da var. İngilis və Fransız rəsmi dillərdir. Bundan başqa Fransızcanın başqa forması olan Seyşel Kreol dili var. Burada əhalinin 60 %-i oxuyub-yaza bilir.
Əhalisinin sayı Əhali (minlərlə) United nations. Demographic YearbooksDoğulanlarÖlənlərTəbii artımDoğum nisbəti (1000 nəfərə görə)Ölüm nisbəti (1000 nəfərə görə)Təbii artım (1000 nəfərə görə)TFR 1950 361 061 418 64329.511.617.9 1951 341 033 425 60830.412.517.9 1952 361 037 456 58128.812.716.1 1953 371 169 438 73131.611.819.8 1954 371 209 457 75232.712.420.3 1955 391 303 456 84733.411.721.7 1956 381 458 468 99038.412.326.1 1957 381 534 4241 11040.411.229.2 1958 391 553 4501 10339.811.528.3 1959 401 595 4211 17439.910.529.4 1960 421 714 4501 26440.810.730.1 1961 431 775 5741 20141.313.327.9 1962 441 733 5041 22939.411.527.9 1963 451 855 5131 34241.211.429.8 1964 461 867 4851 38240.610.530.0 1965 471 772 5631 20937.712.025.7 1966 471 895 5151 38040.311.029.4 1967 481 827 5361 29138.111.226.9 1968 491 738 5381 20035.511.024.5 1969 511 715 5611 15433.611.022.6 1970 521 660 4371 22331.98.423.5 1971 531 837 4641 37334.78.825.9 1972 551 723 5291 19431.39.621.7 1973 561 639 4751 16429.38.520.8 1974 571 860 4971 36332.68.723.9 1975 591 806 4331 37330.67.323.3 1976 611 642 4661 17626.97.619.3 1977 621 599 4771 12225.87.718.1 1978 621 796 4661 33029.07.521.5 1979 631 730 4381 29227.57.020.5 1980 631 830 4441 38629.07.022.0 1981 641 802 4421 36028.26.921.3 1982 641 552 4821 07024.37.516.7 1983 641 662 4521 21025.87.018.8 1984 651 739 4881 25126.97.619.4 1985 651 729 4681 26126.57.219.3 1986 661 722 4981 22426.27.618.6 1987 661 684 5051 17925.47.617.8 1988 671 643 5041 13924.77.617.1 1989 691 600 5631 03723.28.215.0 1990 701 617 5431 07423.37.815.5 1991 711 708 5451 16324.27.716.5 1992 711 603 5221 08122.77.415.3 1993 721 689 5971 09223.48.315.1 1994 741 700 5501 15023.07.515.6 1995 751 582 5251 05721.07.014.0 1996 761 611 5661 04521.17.413.7 1997 771 475 603 87219.17.811.3 1998 791 412 570 84217.97.210.7 1999 801 460 560 90018.27.011.2 2000 811 512 553 95918.66.811.8 2001 811 440 554 88617.76.810.9 2002 841 481 647 83417.77.710.0 2003 831 498 668 83018.18.110.0 2004 831 435 611 82417.37.49.9 2005 841 536 673 86318.38.010.3 2006 851 467 664 80317.37.89.4 2007 861 499 630 86917.47.310.1 2008 871 546 662 88417.87.610.2 2009 871 580 684 89618.17.810.32.38 2010 871 504 664 84016.87.49.42.17 2011 881 625 691 93418.67.910.72.33 2012 891 645 651 99418.67.411.32.37 2013 921 566 717 84917.48.09.42.26 2014 921 557 725 83217.07.99.12.25 2015 931 592 703 88917.07.59.52.31 2016 951 64574789817.47.99.52.39 2017 961 651 748 90317.27.89.42.41 2018 971 650 818 83217.18.48.72.41 2019 981 605 795 81016.4 8.18.32.34
İqtisadiyyat Ölkə iqtisadiyyatı əsas olaraq əkinçilik və turizmə əsaslanır. Bundan başqa istehlak mallarının ixracatından da əhəmiyyətli bir gəlir əldə edilir. Ölkədə yetişən başlıca əkinçilik məhsulları: banan, şirin kartof, manyok və bunun məhsulu nişasta, kokonat və vanil. Ölkənin ən əhəmiyyətli sənayesi qida sənayesidir. Bundan başqa dəniz məhsulları əhəmiyyətli bir gəlir mənbəyidir. İşçi qüvvəsinin 19%-i əkinçilikdə, 20%-i mədənçilik və inşaatçılıkta, 14%-i dövlət sektorunda və ictimai xidmətlərdə, 11%-i də restoran və otel operatorluğunda işləyir.
İdxal və ixrac daha çox Böyük Britaniya, Fransa, Cənubi Afrika, Yəmən və Pakistan ilə edilir. Əsas ixrac məhsulları bunlardır: Qurudulmuş kokos içi, darçın, sabun və ətir yağı, vanil və balıq. Digər əhəmiyyətli gəlir gətirən qaynaqlar isə quano, tısbağa qabığı, Akula üzgəci və balıq məhsullarıdır.
Nəqliyyat sistemi kifayət qədər olub, ölkənin ən inkişaf etmiş şəhəri və limanı paytaxtı Viktoriyadır.
İstinadlar
Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Afrika İttifaqına üzv dövlətlər Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Ada dövlətlər Kateqoriya:Fransız dilində danışılan ölkə və bölgələr Kateqoriya:Britaniyanın keçmiş müstəmləkələri Kateqoriya:Unitar respublikalar