Hakan Şükür () — Türkiyə futbolçusu, milliyyətcə albandır.Haber5.com: Sinan Oğan'dan Şükür'e 'Türk değilim' tepkisi
Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib.
Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur.
Hakan Şükür bir zamanlar Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edirdi və bu kanlada yayımlanan "Stadyum" verilişindəki şərhçiliyinə görə ilə 700 min dollar alırdı. 2011-ci ildə televiziyada davam edən şərhçiliyi buraxaraq siyasətə girdi ve 12 iyun seçimlərinin ardından Adalet ve Kalkınma Partisi 'ndən İstanbul 3. bölgə millət vəkili seçildi. 16 dekabr 2013 günü mənsubu olduğu partiyasından istifa etməsinin ardından siyasi həyatını bitərəf millət vəkili olaraq davam etdirrdi. 2015 seçimlərində yenidən İstanbul 3. bölgədən, bu dəfə bitərəf namizəd oldu , ancaq seçilə bilmədi. Prezident Recep Tayyip Erdoğan'a təhqirdən ittiham olunan Hakan Şükür, ilk məhkəməyə qatılmadı, vəkili isə Hakan Şükürün Amerika Birləşmiş Ştatlarına köçdüyünü söylədi.
Amerikada olduğu müddətdə haqqında FETÖ üzvü olduğu ittihamları gəldi və hazırda Türkiyədə terror təşkilatına üzv qəbul edilərək, cinayətkar sayılır. Türkiyə hökuməti Hakanın bank hesablarını və Türkiyədə olan bəzi əmlaklarını müsadirə edib. Amerikada bir müddət Uber şoferi, bir müddət isə restoran sahibi olaraq həyatına davam edən Hakan hazırda uşaq futbol klublarının birinin sahibi və məşqçisi olaraq həyatına davam edir. Türkiyə milli komandasının ən çox qol vuran oyunçusu və Türkiyədə bir çox uğurları olmasına baxmayaraq ona verilən mükafatların alınması ilə bağlı qərar qəbul edilmişdir.
Uğurları Klublarda
UEFA Kuboku 1999–2000 – Qalatasaray
Türkiyə çempionu 1992–1993 – Qalatasaray 1993–1994 – Qalatasaray 1996–1997 – Qalatasaray 1997–1998 – Qalatasaray 1998–1999 – Qalatasaray 1999–2000 – Qalatasaray 2005–2006 – Qalatasaray 2007–2008 – Qalatasaray
Türkiyə Federasiya Kuboku 1987–1988 – Sakaryaspor 1992–1993 – Qalatasaray 1995–1996 – Qalatasaray 1998–1999 – Qalatasaray 1999–2000 – Qalatasaray 2004–2005 – Qalatasaray
Prezident Kuboku 1992–1993 – Qalatasaray 1995–1996 – Qalatasaray 1996–1997 – Qalatasaray
İtaliya Kuboku 2001–2002 – Parma
Şəxsi uğurları 1997 – Bürünc Butsı mükafatı davam edir - Türkiyə milli komandasının ən çox qol vuran oyunçusu 2002 - Dünya Çempionatı tarixində ən tez vurulan qolun sahibi 1996-2000, 2002 - Türkiyədə ilin futbolçusu 2004 - UEFA Yubiley mükafatı
İstinadlar
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:1993 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Bləkbörn Rovers FK futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:Gülənçilik Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Parma FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyədən ABŞ-yə mühacirət edənlər Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İstanbul ilinin deputatları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları