Şaxanoviç Moisey Davidoviç () — Sovet İttifaqı Qəhrəmanı (1 noyabr 1943)
Həyatı Moisey Şaxanoviç 15 may 1918-ci ildə Ukraynanın Starokonstantinov şəhərində yəhudi ailəsində anadan olub.
Dnepropetrovsk vaqon təmiri zavodunda usta işləmişdir. 1938-ci ildə orduya çağırılmışdır. Bakı hərbi məktəbini bitirmişdir.
Kapitan Moisey Şaxanoviç 51-ci ordunun tank vuran bateriyasının komandiri olmuşdur.
Ukraynanın Melitopol şəhəri yaxınlığında gedən döyüşlərdə xüsusi şücaət göstərmiş, 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
Müharibə qurtardıqdan sonra Ticarət Nazirliyində işləmişdir.
19 oktyabr 1982-ci ildə Bakıda vəfat etmişdir.
İstinadlar
Ədəbiyyat Кумок В. Н., Воловник С. В. Евреи Мелитополя. — Мелитополь: Изд. дом МГТ, 2012. — Т. 1, с. 395, 479. Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2.
Xarici keçidlər Шахнович Моисей Давидович
Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Yəhudilər Kateqoriya:Heydər Əliyev adına Hərbi İnstitutun məzunları Kateqoriya:Starokonstantinovda doğulanlar Kateqoriya:"Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ kapitanları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları