Əlikram Bayramov () — Azərbaycan müğənnisi, nəğməkar şair.
Həyatı Əlikram Urşan oğlu Bayramov 1968-ci il dekabrın 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuşdur. Körpə yaşlarından atasını itirir. "Əsrin gözəli" adlı mahnısı ona böyük uğur qazandırır.
Evlidir. 1 övladı, 4 nəvəsi vardır.
Karyerası Cavan yaşlarından başlayaraq, musiqi qrupu yaradır və uzun illər Biləsuvar rayon Mədəniyyət Evinin müdiri vəzifəsində çalışır. Peşəkar səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edir. Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnıların müəllifi və bəstəkarıdır.
Repertuarı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Maşın Şounun qalibləri