— Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 2016-cı ilin martında OVA seriyası buraxılmışdır. ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında iki manqa adaptasiyası nəşr olunur. Hadisələr alternativ reallıqda baş verir: uşaqların müəyyən hissəsi yetkinliyə çatana qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu digər insanların bədənlərini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Bu, bunun kimi xüsusi güclərə malik olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin şura prezidenti olan Nao Tomori adlı qızın diqqətini cəlb edir.

Anime serialının fikir müəllifi Cun Maedadır. Bununla yanaşı o, ssenarini yazmış, bəzi musiqiləri bəstələmiş, Na-Ga ilə personajları dizayn etmişdir. Həm Maeda, həm də Na-Ga vizual brendi Key-in əməkdaşlarıdırlar və "Charlotte" Key-in "Angel Beats!"-dən sonra ikinci orijinal anime serialıdır. Maeda "Charlotte"-nın konsepsiyasını 2012-ci ildə "Angel Beats!"-dən sonra başqa bir anime üzərində işləmək təklifindən sonra düşünmüşdü. Maeda "Angel Beats!"-ə nisbətən bu animedə əsas personajların sayını azaltmış və əsas diqqəti onların davranışlarına yönəltməyə qərar vermişdir. Yaradıcılıq prosesinə müxtəliflik əlavə etmək və "Angel Beats!"-dən çox təsirlənməməsi üçün "Angel Beats!"-dən fərqli yeni çəkiliş heyəti işə cəlb olunmuşdur.

"Charlotte" gözlənilməz və xatirələri oyadan səhnələrinə görə təriflənmişdir, amma gedişatının və strukturunun yetərsiz olduğu bildirilmişdir. Anime geniş izləyici kütləsi üçün "uyğun" görülmüş və "moe anime" streotipinə meydan oxuduğu qeyd olunmuşdur. Komediya elementləri köhnə dəbli və axmaq kimi qiymətləndirilsə də, ümumilikdə ciddi səhnələrə rahatlıq gətirdiyinə görə təriflənmişdir. Hətta bir tənqidçi bunu "damaq təmizləyicisi" adlandırmışdır. P.A. Works gözəl animasiya səhnələrinə və təsirləndirici kinematoqrafına görə müsbət rəylər almışdır.

Məzmun "Charlotte"-da hadisələr alternativ reallıqda baş verir. Bu dünyada hər 75 ildən bir Yerin yaxınlığından Charlotte adlı kometa keçir. Bu hadisə baş verəndə kometanın toz hissəcikləri Yerə yayılır və toz hissəciklərini özünə çəkən uşaqlar yetkinlik yaşına qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu başqa bir insanın bədənini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Yuu bu gücündən məktəbdə saxtakarlıq etmək üçün istifadə etməyə qərar verir, lakin spesifik hədəf üçün özünü görünməz edə bilən Nao Tomori adlı qız onu ifşa edir. Nao onu keçməyə və prezidenti olduğu məktəb şurasına qatılmağa məcbur edir. Məktəb şurasının başqa üzvü də kontrol edilə bilməyən çox yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malik Cociro Takacodur. Məktəb şurasının əsas vəzifəsi xüsusi gücləri olan uşaqları onları təcrübələrinə cəlb etmək istəyən alimlərdən qorumaqdır. Bunu edərkən məktəb şurası bu cür uşaqlara güclərindən istifadə etmələrinin təhlükəli olduğunu deyir. Onlar sonda ölmüş insanlarla medium kimi əlaqə saxlamaq qabiliyyətinə malik Yusa Nişimori ilə rastlaşırlar. Yusanın ölmüş bacısı Misa bunun sayəsində istədiyi zaman Yusanın bədənini idarə edir. Misanın özü isə pirokinez gücünə sahibdir. Tezliklə Yusa Hoşinomi Akademiyasına keçir və məktəb şurasına qoşulur.

Tezliklə Yuunun kiçik bacısı Ayuminin hər tərəfi viran qoymaq qabiliyyəti oyanır və bu, Ayuminin ölümünə səbəb olur. Yuu dərin depresiyaya düşür və özünü təcrid edir. Lakin Nao onun əhvalını dəyişir və məktəb şurasına qayıtmasına kömək edir. Yuu Nao ilə Zhiend post-rok qrupunun konsertinə gedir, konsert zamanı zaman səyahəti bacarığına malik böyük qardaşı Şunsukenin mövcudluğunu xatırlayır. Şunsuke bu bacarığından Hoşinomi Akademiyasını və vaksin düzəldən təşkilatı qurmaq üçün istifadə edibmiş, Yuu və Ayumini təhlükəyə atmamaq üçün isə Maedomarinin köməyi ilə onların özü haqqındakı xatirələrini sildiribmiş. Lakin gücündən çox işlətdiyindən kor olub və gücündən artıq istifadə edə bilmir. Yuu öyrənir ki, onun əsl bacarığı digərlərinin güclərini oğurlamaqdır. Yuu Şunsukenin bacarığını götürür və keçmişə gedərək bacısı Ayuminin ölümünün qarşısını ala bilir.

Bir terrorist qruplaşma Nao və Şunsukenin ən yaxın dostu Kumaqamini əsir götürür və Yuunun qarşılığında onları buraxacağını bildirir. Yuu onları xilas etməyə gedir. Lakin işlər yolunda getmir: Kumaqami ölür, Yuu ağır yaralanır. Sağaldıqdan sonra Yuu vacib qərar alır: bütün dünyanı səyahət edin bütün bu güclərə malik olan uşaqların güclərini oğurlayacaq. Yuu dünya səyahətinə çıxır, lakin insanların güclərini oğurladıqca yaddaşı getdikcə zəifləyir. O, taqətdən düşənə qədər bütün gücləri oğurlaya bilir. Şunsuke Yuunu xilas edir, onu Yaponiyaya — ailəsinin və dostlarının arasına gətirir. Yuu keçmişi ilə bağlı heç nə xatırlamadığını deyir, lakin Nao ona özünü sevgilisi kimi təqdim edir. Bu andan etibarən Yuu və dostları xoşbəxt yaşamağa başlayırlar.

Personajlar Əsas thumb|right|"Charlotte"-nın əsas personajları (soldan sağa): Yusa, Cociro (arxa sıra); Nao, Ayumi və Yuu (ön sıra) Charlotte kometası ilə.

Yuu anime serialının baş qəhrəmanıdır. Digər insanların bədənlərini beş saniyəliyinə idarə etmək gücünə malik olduğunu öyrənəndən sonra ədəbsiz və narsist şəxsiyyətə malik olmuşdur. Amma əslində gücü digər insanların güclərini oğurlamaqdır. Yuu Hoşinomi Akademiyasında birinci sinif tələbəsidir və məktən şurasına qatılmağa məcbur edilib. Əvvəlki məktəbinin saxta fəxri şagirdi olan Yuu ilk başda şuraya kömək etməkdə istəksiz olur, lakin daha sonra yavaş-yavaş narsist şəxsiyyəti aradan qalxmağa və ətrafındakılara qayğı göstərməyə başlayır. Hekayənin gedişatında Zhiend post-rok qrupunun fanatına çevrilir və Nao Tomoriyə vurulur. Bütün dünyadakı gücləri oğurlamaq üçün çıxdığı dünya səyahətindən sonra Yuu keçmişi ilə bütün xatirələrini unudur. Böyük qardaşı Şunsuke, kiçik bacısı Ayumidir.

Nao Hoşinomi Akademiyasının birinci sinif tələbəsidir və məktəb şurasının üzvüdür. Çalışqan, ağıllı və sayıq qızdır, lakin həmçinin narsist, özünü bəyənən və tez əsəbləşəndir. Bacarığı özünü görünməz etməkdir, lakin ancaq seçdiyi bir şəxsə görünməyə bilir. O, bu bacarığından döyülməyə layiq şəxslərə qarşı işlədir, lakin məktəbin digər qız şagirdləri tərəfindən döyülməsinə səbəb olur. İlk başlarda Yuu qarşı marağı olmasa da, sonda ona vurulur və Yuu yaddaşını itirəndə ona sevgilisi olduğu bildirir. Nao Zhiend post-rok qrupunun böyük fanatıdır. Onun adlı böyük qardaşı vibrasiyanı idarə etmək bacarığına malik idi və bu gücdən gitara çalarkən istifadə edirdi.

Cociro Hoşinomi Akademiyasında təhsil alır və məktəb şurasının üzvüdür. Onun qabiliyyəti çox sürətlə hərəkət etməkdir, lakin sürətini kontrol edə bilmir, buna görə tez-tez yaralanır. Özünü qorumaq üçün paltarının altından qoruyucu geyinir. Yusa Nişimorinin böyük fanatıdır və tez-tez onunla gəzir.

Yusa (və ya Yusarin) Hoşinomi Akademiyasında təhsil alır və məktəb şurasının üzvüdür. Parlaq və günahsız şəxsiyyətə malikdir. O, məşhur müğənnidir və How-Low-Hello musiqi qrupunun üzvüdür. Əsl soyadı Kurobanedir, amma səhnə soyadı Nişimoridir. Qabiliyyəti ölmüş insanlarla medium kimi əlaqə saxlamaqdır. Lakin əslində belə qabiliyyətə malik olduğundan bixəbərdir. Ruhlarla əlaqə saxlayanda sadəcə yatdığını düşünür.

Misa Yusanın 1 yaş böyük bacısıdır. Hadisələrin başlamasında 6 ay əvvəl bir qəzada ölmüşdür. Misa istədiyi zaman Yusanın bədənini ələ keçirə bilir. Bu zaman Yusanın göz və saç rəngi dəyişir. Yusanın bədənini kontrol edərkən öz gücündən — pirokinezdən istifadə edə bilir. Misa bacısından fərqli olaraq sərt qızdır və bacısına pis davrananlara qarşı sərt davranmaqdan çəkinmir. Yuu Yusanın gücünü götürdükdən sonra Misa yoxa çıxır.

Ayumi Yuu və Şunsukenin kiçik bacısıdır və çox energetik qızdır. Çox günahsız şəxsiyyətə malikdir və həmişə Yuunun qayğısına qalıb ona mənəvi dəstək verir. Ayumi tez-tez Yuu üçün yemək bişirir və hər bişirdiyi yeməyə pizza sousu əlavə etmək kimi tendensiyası var. Yuunun bundan xoşu gəlməsə də, bacısının xətrinə dəyməmək üçün ona heç nə demir. How-Low-Hello musiqi qrupunun və Yusanın böyük fanatıdır. Sonda Ayuminin hər yeri viran etmək qabiliyyəti oyanır, lakin Yuu ölümünün qarşısını almaq üçün gücünü oğurlayır.

Digər Yuu və Ayuminin böyük qardaşıdır, zaman səyahəti qabiliyyətinə malikdir. Şunsuke bu qabiliyyətindən istifadə edərək güclərə malik uşaqları qorumaq üçün Hoşinomi Akademiyasını qurmuşdur. Lakin gücündən həddən artıq çox istifadə etdiyindən kor olmuşdur və bu gücündən artıq istifadə edə bilmir. Daysuke Ono tərəfindən səsləndirilmişdir. Hoşinomi Akademiyasının müəmmalı tələbəsidir. Güclərə malik uşaqların yerlərini və güclərini tapa bilir. Məktəb şurasına gücə malik uşaqların tapılmasında kömək edir. Əslində isə Şunsuke üçün işləyir və ləqəbi Puxdur. Naounu qoruyarkən ölür. Eyci Takemoto tərəfindən səsləndirilmişdir. hipnotizm qabiliyyətinə malik qızdır. Başqalarını hipnoz ilə yatızdıra bilir, lakin özü də yuxulayır. Şunsuke üçün işləyir. Asami Seto tərəfindən səsləndirilmişdir. qatı maddələrdən keçmək qabiliyyətinə malikdir, lakin bu, onun çox güc sərf etməsinə səbəb olur. Şunsuke üçün işləyir. Kenqo Kavanişi tərəfindən səsləndirilmişdir. başqalarının xatirələrini silmək qabiliyyətinə malikdir, lakin bunun üçün fiziki təmasa və axtarılan xatirələri tapmaq üçün vaxta ehtiyacı var. Şunsuke üçün işləyir. Natsuki Hanae tərəfindən səsləndirilmişdir.

İstehsal Konsepsiya 180px|left "Charlotte" animesinin yaradıcıları Key-in əməkdaşları olan Cun Maeda və Na-Ga-dır. "Charlotte" "Angel Beats!"-dən (2010) sonra Key şirkətinin ikinci orijinal anime serialıdır. 2012-ci ilin əvvəlində Aniplex-dən Hironori Toba Cun Maeda ilə görüşdü və ona P.A. Works studiyasının prezidenti Kenci Horikavanın yeni anime serialı üzərində işləmək istədiyini bildirdi. Maeda təəccübləndi, çünki P.A. Works studiyası ilə bir daha işləyəcəyini gözləmirdi. Horikava başa saldı ki, istehsalçı komanda "Angel Beats!"-in istehsalı zamanı tam həyata keçirilə bilməyən şeylərdən indi istifadə edə bilər. Maeda başqa anime serialının istehsalında iştirak edəcəyini düşünmürdü, lakin onun dediyinə görə Horikava ilə bu mövzu ilə bağlı müzakirə apardıqdan sonra təklifi qəbul etməkdən başqa seçimi yox idi. Toba Maedadan "Key tərzində hekayə" yazmasını xahiş etdi və Maeda "Angel Beats!" üzərində işləyərkən əldə etdiyi təcrübələrdən istifadə etməyə başladı. Maeda anime serialı üçün hansı növ qurma və hekayənin daha uyğun gələcəyini müəyyənləşdirmək üçün "təcrübə-səhv" prinsipindən istifadə etdi.

"Charlotte" üzərində işləməzdən uzun müddət əvvəl Maeda personajların qüsurlu supergüclərə malik olduğu və baş verən insidentləri aradan qaldırmaq üçün birlikdə işləməli olduğu hekayə düşünmüşdü. Maeda Tobaya hekayə üçün 3 ayrı ideya təqdim etdi və hansı ideyanın onun daha çox xoşuna gəldiyini soruşdu. Tobanın digər iki ideyadan birini bəyənməsinə baxmayaraq Meada gələcəkdə "Charlotte" animesinin hekayəsi olacaq hekayə üzərində işləmək istədiyi bildirdi. Hekayəni yazarkən Maeda "Angel Beats!"-in istehsal zamanı etdiklərini yenidən düşündü. Xüsusilə, personajların davranışlarına daha çox diqqət ayırmağa qərar verdi. Maeda "Angel Beats!"-ə nisbətən "Charlotte"-da əsas personajların sayını azaltdı, belə ki, "Angel Beats!"-də bu səbəbdən personajların çoxuna lazımi qədər diqqət ayrıla bilməmişdi. Toba hiss etdi ki, Maeda əvvəlki işi olan "Angel Beats!"-dən təsirlənir.