Bədirxan Əhmədov () — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. B. Əhmədov həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiridir.

Həyatı Bədirxan Balaca oğlu Əhmədov 20 aprel 1955-c ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub. 1977–1982-ci illərdə Sabirabad rayonun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983–1990). 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən "Vətən səsi", "Cümhuriyyət", "Azərbaycan ordusu" qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib. 1993–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında olub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin "Azərbaycan ordusu" qəzetində baş redaktor müavini işləyib. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda və istefada olan kapitanıdır. Qarabağ veteranıdır.

Elmi fəaliyyəti B. Əhmədov ehtiyata çıxdıqdan sonra yenidən elmi fəaliyyət sahəsinə qayıdaraq Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində işə başlamış (1999) kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdirini icraedən, baş elmi işçi vəzifələrini tutmuşdur. 2013–2016-cı illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi katibi işləmişdir.

2005-ci il dekabrın 7-də "Azərbaycan satirasının inkişaf problemləri (1920–1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yüzdən çox elmi, iki yüzdən çox publisistik məqalənin, 5 monoqrafiyanın, 2 kitabın müəllifi olan

B. Əhmədov ölkə daxilində və xaricdə keçirilən onlarla Beynəlxalq elmi konfrans və elmi simpoziumların iştirakçısı olmuş (Türkiyə, Almaniya, Polşa və s.), məruzələr etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. "Sabit Rəhmanın satirası" (1998), "Azərbaycan satirasının inkişaf problemləri" (2000), monoqrafiyaları Azərbaycanda satiraşünas alim kimi tanıtmışdır. "Bir istiqlal yolçusu" (2003) monoqrafiyasında ilk dəfə olaraq görkəmli ədəbiyyatşünas alim, Qorqudşünas, ədəbiyyat tarixçisi Əmin Abidin həyat və yaradıcılığı araşdırılır. Respublika prezidentinin sərəncamı ilə çıxan Əmin Abidin "Seçilmiş əsərləri" (2005, "Şərq-Qərb" nəşriyyatı) kitabının nəşri (əsərlərinin toplanması, tərtibi və Ön sözün yazılması) ona tapşırılmışdır. 1999-cu ildən Bakı Slavyan Universiteti və Xəzər Universitetində müxtəlif vaxtlarda Azərbaycan ədəbiyyatı, Ədəbi tənqid tarixi, Ədəbi proses və başqa fənlərdən mühazirələr oxumuşdur. Bu gün də bakı slavyan Universitetində XX yüzil Azərbaycan ədəbiyyatından tələbələrə mühazirələr oxuyur. Azərbaycan ədəbiyyatı və jurnalistikaya aid ona qədər proqram və metodik vəsait və dərs vəsaitlərindən müəllim və tələbələr istifadə edirlər. Bakalavr və magistrlər üçün 3 cilddə nəşr edilən "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabları yüzilin ədəbi prosesini, inkişaf yolları və meyllərini özündə ehtiva edir. "XX yüzil Azərbaycan ədəbiyyatı; mərhələlər, istiqamətlər, problemlər" (2015) monoqrafiyası son illər Azərbaycan ədəbiyyatşünaslığının uğurlarından hesab olunur.

2011–2012-ci illərdə Türkiyənin Kars-Kafkas Universitetində çalışmışdır. Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi seminarın üzvü olmuşdur. Hazırda Müdafiə şurasının üzvüdür. Dəfələrlə müxtəlif Dissertasiya Şuralarında (AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və s.) ekspert və opponent kimi çıxış etmişdir. O, həm də rəhbərlik etdiyi doktorantların (Nizami adına Ədəbiyyat İnstitutu, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və s.) bir alim kimi formalaşması üçün nəzəri və metodoloji tövsiyələrini verir. 

Ədəbi imzası: Bədirxan Başkeçid

Monoqrafiyaları Sabit Rəhmanın satirası. Bakı, Yurd, 1998, 116 s.; Azərbaycan satirasının inkişaf problemleri (1920–1980-ci iller). Bakı, Elm, 2000, 296 s.; Bir istiklal yolçusu (Emin Abidin heyatı, mühiti, yaradıcılığı). Bakı, Elm, 2003, 205 s.; Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı. Bakı, Nurlan # 296 səh. ; Dramaturq, sənət, həqiqət. Bakı, 2011, 256 səh. XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər. B., "Elm və təhsil", 2015, 556 s. Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyatı tarixi ( Tərtibçi və ön sözün müəllifi B.Əhmədov və Ə.Şamil). Bakı, "Elm və təhsil", 2016, 240 s. Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri. Bakı, "Elm və təhsil", 2017, 376 s. Bədirxan Əhmədli. Türkçlüyün üçlü formulu: nəzəri və tarixi aspektləri. Bakı, "Elm və təhsil", 2019, 288 s. Rabindranat Taqor. Yeni Hindistanın manifesti. Bakı, Elm və təhsil, 2021, 388 s. Nəriman Əbdülrəhmanlının nəsri: tarixilik və müasirliyin vəhdəti. Bakı, Qanun, 2013, 196 s.

Metodik vəsaitləri və dərslikləri Azərbaycan satirası. Metodik vəsait. Bakı, 2007. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. (Arzular çin olanda.) Dərslik. Bakalavr və magistrlər üçün. 3 cilddə, 1 cild. Bakı, Elm və təhsil.2011.476 səh XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Dərslik. Bakalavr və magistrlər üçün. 3 cilddə, 2 cild. Bakı, "Apostrof çap evi". Dərslik, 2010. 436 səh. Azərbaycan ədəbiyyatı. Magistr hazırlığı üçün proqram. Bakı, Elm və təhsil. 2020, 36 s.

Beynəlxalq elmi konfranslarda məruzələri Azərbaycan ədəbiyyatında bədii tərcümə tarixi: faktlar, mülahizələr. Tərcümə və transmilli proseslər. Uluslararası konfrans. Azərbaycan Dillər Universitesi. Bakı, 2005, 14–15 aprel.; 20–30-cu iller Azerbaycan edebiyyatını metodoloji deyerlendirmenin bazi aspektleri. Bakı Slavyan Universiteti. Mükayiseli edebiyyat. 2-ci Uluslarası konfransın materialları. Bakı.2006, 19–21 noyabr.; Satirik gülüşde stereotipler ve milli özünüderk problemi. Bakı Slavyan Universiteti. Mükayiseli edebiyyat. 3-cü Uluslarası konfransın materialları. Bakı. 2008, 21–22 noyabr. s.35; Türk dünyasının ortak problemi Kuzey Kıbrıs Azerbaycan basınında. 1 Uluslararası Kıbrıs Sempoziumu. 21–23 kasım 2008. Sempozium bildiri kitabı. Ankara. 2009. s. 169–177. M. F. Ahundzadenin Elifba projesi ve Türkiye Harf devrimi. Yeditepe Universiteti Atatürk İlkeleri ve İnkilap Tarihi Enstitisü. 2008, 9–11 Kasım. İstanbul 2009, s.37–43# Azərbaycan mühacirət ədəbiyyatında "Əli və Nino" gizlinləri. Kars, 21–23 oktyabr, 2015, s. 46–59# Postmodernist bakış acısından "Kitabi Dədə Qorqud". "Türk dünyası və Kitabi Dədə Qorqud". Türkiyə, İzmir, 19–23 oktyabr, 2015# Azərbaycan mühacirətinin formalaşmasında Polşa amili. Materialy III konferensyı Naukovoy Azerbayjdzan-Dolska. Warszawa-2014.s.11–15# Azərbaycan mühacirətinin formalaşmasında Polşa amili. Materialy III konferensyı Naukovoy Azerbayjdzan-Dolska. Warszawa-2014.s.11-15 Cümhuriyyətin üçlü formulu; türkləşmək, müasirləşmək, islamlaşmaq. Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi. Azərbaycan Universiteti, respublika elmi konfransının materialları, Bakı, 6 aprel, 2018, s. 5-20# Cümhuriyetim üçlü formulu: türkleşmek, muasirleşmek, islamlaşmak. 1918-den günümüze Azerbaycan. Azerbaycan Cümhuriyeti Uluslararası Konngresi. 26-27 Mayıs, Eskişehir, Türkiye, Anadolu Universitesi Yayın, s. 362-369# Bakı Yunus Emre İnstitutu, TİKA, Türk Dil Qurumu və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birlikdə təşkil etdiyi “Türk dünyasında milli mücadilə və ədəbiyyat” Beynəlxalq Simpozium"u. Ə.Ağaoğlunun anadan olmasının 150 illiyinə Azərbaycan İlahiyyat İnstitutu və Türk Ocaqlarının təşkil etdiyi konfrans. "Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" əsərində azadlıq və demokratiya arayışları" . Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində keçirilən beynalxaq elmi simpoziumda “Əhməd bəy Ağaoğlunun yaradıcılığında demokratiya axtarışları” adlı məruzə. Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində keçirilən elmi konfransda “Əhməd Cəfəroğlu yaradıcılığında ədəbiyyat məsələləri” mövzusunda məruzə. Koreya Donqduk Universiteti ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə keçirdiyi “Postkorona dövründə mədəniyyətlərarası dialoq: Sivilizasiyanın inqilabi dəyişiklik dövründə əməkdaşlıq və birgə yaşam üçün Koreya və Azərbaycan arasında mədəni birliklərin axtarışı” adlı Koreya-Azərbaycan I Humanitar Forumunda “Çağdaş Koreya bədii nəsri dünya ədəbiyyatı kontekstində” adlı məruzə . .“XX Yüzyılın Evvellerinde Mehmet Akif Ersoyun Azerbaycan Edebi Mühitine Etkisi”. Türkiyənin Ege Universitetinin təşkil etdiyi “Kabulunun 100 Yılında Uluslararası “İstiklal marşı ve Mehmet Akif Ersoy” sempozyumu 18-19 Haziran 2021, İzmir-Türkiye# “Edebi düşüncede birlik-beraberlik mesajları; Türkiye ve Azerbaycan şiirinde Karabag”. Türk Ocakları Genel Merkezi ve Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı (TİKA) tarafından Türk Cumhuriyetlerinin bağımsızlıklarının # yıldönümü vesilesiyle, Azerbaycan’ın başkenti Bakü’de düzenlenmiş olan “Bağımsızlıklarının # Yılında Türk Devletleri ve Türk Dünyası” başlıklı uluslararası bilgi şöleni. 8-9 Ekim 2021 “Kim Jiha və Xəlil Rza yaradıcılığında demokratik və milli mücadilə”. AMEA və Koreya Avrasiya Türk Araşdırmanları İnstitutu ilə birgə keçirilmiş “Azərbaycan-Koreya II Humanitar Forum”. 27 noyabr, 2021# “Əhməd Cavadın “mühacirət şeirləri” və ədəbi tənqidin metodoloji aspektləri”. AMEA-nın Gəncə bölməsi. Gəncə, 26 may,2022# “Ədəbi-bədii düşüncədə 1920-ci il Gəncə üsyanı”. AMEA-nın Gəncə bölməsi. Gəncə. 27 may 2022. “Əhməd Cavad-yeni poetik yolun başlanğıcı”. Nizami gəmcəvi adına Ədəbiyyat İnstitutunun“Əhməd Cavad və Mehmet Akif Ərsoy” beynəlxalq konfransı. 9 iyun 2022. Çağdaş Azerbaycan ve Koreya romanlarında Doğu-Batı diskursu; gelenekten avangardçılığa. Koreya-Azərbaycan III Humanitar Forumu. Bakı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. 4 iyul 2022, s.167-172. Azərbaycan-Pakistan ədəbi əlaqələri: Tarix və bu gün. AMEA və Lahor Universiteti Dövlət Kolecinin birlikdə keçirdiyi “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” konfransı, 15-18 iyul 2022-ci il. Siracəddin Səyyidin poetik dünyası. Türk xalqları ədəbiyyatı: ədəbi əlaqə, ədəbi təsir və tərcümə beynəlxalq elmi-nəzəri konfrans məqalələr toplusu. Daşkənd .17-18 noyabr, 2022. S.279-285. “Mir Cəlal satirasının xarakteri”. Elmi konfrans. Bakı Dövlət Universiteti 18-19 aprel 2023 “Almaniyada Azərbaycan legiona ədəbiyyatı”. Beynəlxalq Elmi konfrans Bakı Slavyan Universiteti.

Məqalələri Jurnallarda çap olunmuş məqalələri Sabit Rehmanın felyeton yaradıcılığı. .Sabit Rehmanın felyeton yaradıcılığı. AMEA-nın Xəbərləri. Ədəbiyyat, Dil, İncəsənət. 1984, 4, s. 56–59. Problemler, portretler, etüdler. .Problemler, portretler, etüdler. Azərbaycan, 1984, 8, s.113–115. Böyük satirik. .Böyük satirik. Kitablar aləminde.1985, 3, s.28–30. Vıdayuşiysya satirik .Vıdayuşiysya satirik. Literaturnıy Azerbaydjan. 1990, 10, s.96–97. Molla Nəsrəddindən başlanan yol.Molla Nəsrəddindən başlanan yol. Ulduz, 1990, 4, s.56–61. Sabit Rehman gülüşü ekranda.Sabit Rehman gülüşü ekranda. Yeni filmler. 1990, 1, s.18–21. Qarşıdan 37-ci il gelirdi.Qarşıdan 37-ci il gelirdi. Azerbaycan, 1990, 1, s.110–121. Bir şairin taleyi. .Bir şairin taleyi. Azerbaycan kadını. 1990, 1, s.28–31. Her şey elifbadan başlanıyorHer şey elifbadan başlanıyor. Kitablar aleminde.51–56. Beydulla Musayev və onun gündeliyi.Beydulla Musayev və onun gündeliyi. Marhamat. 1991, 1, s.21–28.