Anar Salmanov () — Azərbaycanlı futbol hakimi, FİFA kateqoriyalı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimidir. 2003-cü ildə futbol üzrə Azərbaycan çempionatının oyunlarına hakim təyin olunub. Hakim kimi beynəlxalq oyunlara 2010-cu ildən cəlb edilib. .

Həyatı Anar Salmanov 1980-ci il oktyabrın 4-də Bakıda anadan olub. Yeddi yaşında Bakının "Neftçi" klubunun nəzdindəki futbol məktəbində futbol məşqlərinə gedib. 16 yaşında "Neftçi"də oynayıb, lakin zədə səbəbindən futbolçu karyerasını tərk edərək hakimlik edib. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub. Ordudan qayıtdıqdan sonra həmin aili məktəbin magistraturasında təhsilini davam etdirib. 2003-cü ildən ADTİA-nın müəllimidir. Anar Salmanov 2004-cü ildən futbol oyunlarda hakimlik edir. 2010-cu ildə FİFAnın hakimi səviyyəsini alıb.

Fəaliyyəti Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 136 dəfə baş hakim olmuşdurYüzün astanasında olan hakimlər və onların sərt qərarları — LAYİHƏ . apasport.az, 18.06.2016.

İstinadlar

Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:Bakıda doğulmuş idmançılar