Tahir Beybala oğlu Süleymanov — azərbaycanlı keçmiş futbolçu və futbol hakimi.

Həyatı Tahir Süleymanov 22 dekabr 1964-cü ildə Şamaxıda anadan olub. 10-11 yaşlarında olarkən ailəsi ilə birlikdə Bakıya köçüb.

Peşəkar şəkildə futbolla məşğul olub. "Vışka" komandasının heyətində hücümçu və yarımmüdafiəçi mövqeyində çıxış edib. Erkən yaşlarında futbolu buraxıb və məşqçiliyə başlayıb.

Bir müddət sonra futbol hakimliyinə keçən Süleymanov, 1989-cu ilin sonundan SSRİ çempionatının II liqasının oyunlarına təyinat alıb.

Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 109 dəfə baş hakim olmuşdurYüzün astanasında olan hakimlər və onların sərt qərarları - LAYİHƏ . apasport.az, 18.06.2016 .

Şəxsi həyatı Fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005) Məzahir Süleymanzadənin qardaşıdır.

İstinadlar

Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:SSRİ futbol hakimləri