Betpak-Dala, (), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayəti və Cambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir.
Adının mənası Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir.
Ümumi məlumat Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir. Betpak-Dala alt palezoyun, mezozoyun eləcə də paleoqenin çökmə, metomorfik süxurlarından təşkil olunub.
İqlimi İqlimi kəskin kontinentaldır. Yağıntıların illik göstəricisi 100–150 mm-dir. Yay dövründə yağıntıların ancaq 15 % düşür. Yayı quru və isti, qışı mülayim soyuqdur. Yanvar ayının orta temperaturu —12 —14°С, iyulun isə 24 - 26°С-dirBetpaqdala Betpaqdala Desert, Kazakhstan
İstinadlar
Kateqoriya:Qazaxıstan coğrafiyası Kateqoriya:Qazaxıstan səhraları Kateqoriya:Mərkəzi Asiya səhraları