Şörəyel sultanlığı — Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirən sultanlıq Əfşar imperiyasının dağılması dövründə meydana çıxmışdır.III отдѣлъ: Статистическiя свѣдѣнiя. — Пространство и населенiе Кавказа, стр. 44–46. // Кавказскiй календарь на 1901 годь (LVI годь). Издань по распоряженiю Главноначальствующаго гражданскою частiю на Кавказѣ, при Закавказскомь Статистическомь Комитетѣ, подь редакцiею Члена того же Комитета, Статскаго Совѣтника Е. Кондратенко. Тифлисъ: Типографiя М. Шарадзе и К°, 1900 г. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay Şörəyel sultanlığını Qars paşalığından ayırırdı.

Sultanlığın ərazisi 1037.91 verst (1181.16 km²) və Azərbaycan türklərindən ibarət olmuşdur.

Tarixi Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur.

1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlamışdır. Türklər tərəfindən tərk edilmiş kəndlər Osmanlı imperiyasından köçürülən ermənilər tərəfindən məskunlaşdırılmışdır. Bu yenidən məskunlaşdırma barədə məlumatlar 1836-cı ildə Rusiya Xarici Ticarət Departamenti tərəfindən dərc olunmuş və "Zaqafqaziyada Rus mülklərinə nəzər" adlandırılan sənəddə öz əksini tapmışdır:

Şörəyelin əsasən Qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra baş vermiş Rus-Türk müharibəsi (1806-1812) zamanı bölgəni tərk etdilər. Onların bir hissəsi İrəvan xanlığı ərazisinə, bir hissəsi isə Qars paşalığı ərazisinə köçdülər.

1858-ci ilə aid olan Rusiya İmperiyası Baş Qərərgahı tərəfindən hazırlanmış hesabata görə, Osmanlı və Qacar torpaqlarından olan ermənilərin bu torpaqlara olan köçü davam etməkdə idi. Onların köçünün əsas hissəsi Araz hövzəsinə, Göyçə gölü ətrafına və Şörəyelə olmuşdur. Keçmiş İrəvan xanlığının əraziləri olan həm Araz, həm Göyçə bölgələri ilə birlikdə, Şörəyel bölgəsi də ən çox köçə məruz qalan bölgələrdən biri olmuşdur.

Hökmdarlar Budaq Sultan Şörəyelin son hökmdarıdır. 1805-ci ilin 20 oktyabr tarixində Pavel Sisianov tərəfindən imzalanmış əmrə əsasən Şörəyelin əbədi olaraq Rusiyaya birləşdirildiyi elan edilmişdir.

Budaq Sultanın Qara Məhəmməd bəy, Həmid bəy və Xəlil bəy adlarında 3 oğlu olmuşdur.

Həmçinin bax Şörəyel mahalı

İstinadlar

Kateqoriya:Azərbaycan sultanlıqları Kateqoriya:Azərbaycan xanlıqları Kateqoriya:XVIII əsrdə Azərbaycan Kateqoriya:XIX əsrdə Ermənistan Kateqoriya:XIX əsrdə Azərbaycan