Şkoda Ksanti FK (, Şkoda Ksanti Futbol Klubu) — Xanti şəhərini təmsil edən Yunanıstan futbol komandasıdır. Hal-hazırda klub Yunanıstan Superliqasında mübarizə aparır.
Tarixi Klub 1967-ci ildə Xanti şəhərində Aspida və Orfeas adlı həvəskar klubların birləşməsindən yaranmışdır. Komandanın rəsmi adı 1992-ci ilə qədər Xanthi Football Club olmuşdur. Yunanıstandakı Škoda Auto avtomobillərinin rəsmi istelatçısı olan Viamar şirkəti klubu satın aldıqdan sonra klubun adı Skoda Xanthi Football Club olaraq dəyişdirildi.
Klubun heyətində hal-hazırda cavanlar üstünlük təşkil edir. Şkoda Xanti FK 2001-02, 2005-06, 2006-07 və 2013-14 mövsümlərində UEFA Avropa Liqasında mübarizə aparmışdır. 2004-05 mövsümündə Şkoda Xanti A Etnikini (hal-hazırda Yunanıstan Superliqası) dördüncü yerdə başa vurmuşdur. Bu nəticə klubun son illərdə ən yaxşı nəticəsi hesab olunur.
Şkoda Xanti Fk ilk dəfə Yunanıstan Superliqasında 1989-ci ildə çıxış etmişdir.
Stadion Klubun ən birinci oynadığı stadion 9500 tamaşaçı tutumuna malik Şkoda Xanti stadionu olmuşdur. Klub 2004-cü ildən öz ev oyunlarını Şkoda Xanti Arenada keçirir. Yeni stadion şəhərdən 8 km uzaqlıqda, Piqadiya kəndinin yaxınlığında yerləşmişdir. Stadionun tamaşaçı tutumu 7422 nəfərdir, yalnız 3 tribunası vardır. Son tribunanın tamamlanması ilə stadionun tamaşaçı tutumu 9000 nəfərə qədər yüksələcəkdir.
Klub bu stadionda UEFA Avropa Liqasının oyunlarını keçirmişdir. 2002-03 mövsümündə bu stadionda ingilis klubu Middlsbro klubu ilə qarşılaşmışdır. Həmin il UEFA Kubokunun finalı Sevilya şəhərində keçirilmişdir. İlk oyunda 0-0 bərabərə qalan komanda Riversayd Stadionununda Emersonun vurduğu iki qolla rəqibə 0-2 məğlub olmuşlar.
Uğurları Yunanıstan Kuboku İkinci (1): 2014-15
Superliqa tarixi 1967–85: 2-ci Diviziya 1985–86: 3-cü Diviziya 1986–89: 2-ci Diviziya 1989–indiyə kimi: 1-ci Diviziya / Superliqa Mənbə:
Avropa Liqası oyunları Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Ümumi 2002-03 UEFA Kuboku Birinci mərhələ Latsio 0–0 0–4 0–4 2005-06 UEFA Kuboku Birinci mərhələ Middlsboro 0–0 0–2 0–2 2006–07 UEFA Kuboku Birinci mərhələ Dinamo Buxarest 3–4 1–4 4–8 2013–14 UEFA Avropa Liqası İkinci mərhələ Linfild 0–1 2–1 (ə.v) 2–2 Üçüncü mərhələ Standard Lyej FK 1–2 1–2 2–4
Heyəti 14 yanvar 2016-cı il məlumatlarına əsasən.
Kirayə verilən
Əbədiləşdirilmiş nömrə 13 – Olubayo Adefemi, müdafiəçi (2011) - 2011-ci ildə yol qəzası keçirərək həlak olan oyunçunun şərəfinə.
Kadrlar Əsas səhmdar: Kristos Panopoulos Prezident: Aristeides Pialoğlu 1-ci vitse-prezident Vasileios Kontovazainitis 2-ci vitse-prezident Giannis Papadimitriou
Texniki heyət Baş məşqçi: Razvan Luçesko Köməkçi məşqçi: Dieqo Lonqo Köməkçi məşqçi: Nikos Dentidis Komanda meneceri: Giorgos Kaznaferis Qapıçı məşqçisi: Alekos Maladenis Texniki Direktor: Giannis Papadimitriou Skaut: Kostas Konstantinidis
Keçmiş işçilər Məşqçi Yiannis İspirlidis (2000–04) Marinos Ouzounidis (2004–08)
İdman Direktoru Hannes Bongartz (2006–07)
Baş məşqçilərin siyahısı Henk Houvaart (1 İyul 1990 – 30 İyun 1991) Hovard Kendall (1994) Kurt Yara (1 Yan 1996 – 28 Fev 1997) İoannis Matzourakis (1 İyul 1996 – 31 Dek 1999) Nikos Karageorgiou (1 İyul 2001 – 30 İyun 2004) İoannis Matzourakis (1 İyul 2004 – 25 Sent 2006) Takis Lemonis (4 Okt 2006 – 20 Dek 2006) Savvas Kofidis (22 Noy 2006 – 3 May 2007) Yörn Andersen (3 May 2007 – 10 İyun 2007) Nikos Kehagias (2007) Emilio Ferrera (1 İyul 2007 – 22 Okt 2007) Nikos Kehagias (2007–08) İoannis Matzourakis (24 Aprel 2008 – 30 İyun 2008) Georgios Paraschos (1 İyul 2008 – 30 İyun 2009) Volfqanq Volf (1 İyul 2009 – 16 Sent 2009) <div> Kostas Konstantinidis (interim) (2009) İoannis Matzourakis (21 Sent 2009 – 22 Fev 2010) Nikos Kehagia] (23 Fev 2010 – 20 Sent 2010) Giorgos Paraschos (20 Sent 2010 – 8 Noy 2010) Nikolaos Papadopoulos (14 Noy 2010 – 30 İyun 2011) Marinos Ouzounidis (1 İyul 2011 – 22 Sent 2012) Nikos Kostenoğlu (30 Sent 2012 – 2 Dek 2012) Marinos Ouzounidis (3 Dek 2012 – 21 Aprel 2013) Nikolaos Karageorgiou (27 Aprel 2013 – 17 Sent 2013) Reiner Maurer (24 Sent 2013 – 5 Fev 2014) Nikos Kehagias (5 Fev 2014 – 25 İyun 2014) Sakis Tsiolis (27 İyun 2014 – 15 Sent 2014) Razvan Luçesku (25 Sent 2014–)
İstinadlar
Xarici keçidlər Rəsmi saytlar Official website Skoda Xanthi TV channel from Goal4Replay.net
Digər Skoda Xanthi E-fan club Blog about Skoda Xanthi's foreign players Skoda Xanthi: Auto company
Kateqoriya:Yunanıstan futbol klubları