Okjetpes Futbol Klubu () — Kökşetaunu təmsil edən, öz ev oyunlarını Torpedo stadionunda keçirən Qazaxıstan futbol komandasıdır. Klub hal-hazırda Qazaxıstan Milli Futbol Çempionatında mübarizə aparır.
Klub 2008-ci ildə Qazaxıstan Premyer Liqasını 9-cu yerdə bitirmişdir. Bu nəticə klubun son illərdəki ən yaxşı nəticəsi hesab olunur. Baxmayaraq ki, komanda bəzi təkzib lisenziyalara əsasən UEFA Avropa Liqasının ilk mövsümünün ilk təsnifat mərhələsində iştirak etsə də, məğlub olaraq yarışı dayandırmışdır.
Adının tarixi 1957 : Torpedo kimi yaradılmışdır. 1990 : Spartak kimi dəyişdirilmişdir. 1991 : Kokşetau kimi dəyişdirilmişdir. 1994 : Kokşe kimi dəyişdirilmişdir. 1997 : Avtomobilist kimi dəyişdirilmiş və Şortandını (Astana ətrafı) təmsil etmişdir. 1998 : Ximik kimi dəyişdirilmiş və Stepnoqorsku təmsil etmişdir. 1999 : Akmola kimi dəyişdirilmişdir. 2000 : Kokşetaunu təmsil etmişdir. 2001 : Esil kimi dəyişdirilmişdir. 2004 : Okjetpes kimi dəyişdirilmişdir.
Bu klubu Kokşetaunu təmsil edən və dağılan Azhar FK ilə səhv salmaq olmaz.
Adının mənşəyi Klubun adı olan Okjetpes bir uçurumun adından götürülmüşdür və mənası 'oxa çata bilməyəcək' deməkdir. Fan klubunun başçısı Viktor Kruka görə: "Səkkizinci əsrin qazax hökmdarı Ablay xan qızı əsir götürür. Belə ki, qızı öz gələcək həyat yoldaşları kimi görən döyüşçülər Ablay xandan içazə alaraq onu götürə bilərdi. Qız isə ən yüksək uçuruma dırmaşır və buradan öz oxu ilə gələn döyüşçüləri vurmağa başlayır. Beləliklə, qızın yanına heç bir döyüşçü gəlib çata bilmir."More than a name in Kazakhstan uefa.com, 12 February 2009
Liqa nəticələri
Hazırkı heyəti 2 aprel 2016-cı il məlumatlarına əsasən.
Baş məşqçilər Syarşyey Hyerasimets (2006), (2009–10) Vladimir Çeburin (Yan 2011–Dek 11) Viktor Doqadaylo (Dek 2011–Mart 12) Vladimir Çeburin (May 2012–)
Xarici keçidlər Official website Klisf.info Klub statistikaları Official Fan's website Official Fan's page to VK
İstinadlar
Kateqoriya:Qazaxıstan futbol klubları Kateqoriya:Akmola vilayəti Kateqoriya:Okjetpes FK