Jaqsiliq Üşkempirov — Qazaxıstanlı güləşçi. Jaqsiliq Üşkempirov 1980-ci ildə Moskva şəhərində baş tutan XX-ci Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Avropa Çempionatının 1 qat gümüş və Dünya Çempionatının 1 qat qızıl medalçısıdır.

Həyatı

Jaqsiliq Üşkempirov 1 iyun 1965-ci ildə Qazaxıstanın Tegistik əyalətində anadan olmuşdur. Jaqsiliq Üşkempirov 1972-ci ildən idman ilə məşğul olur.

Jaqsiliq Üşkempirov idman karyerası ərzində əldə etdiyi uğurlara görə "Şərəf nişanı" ordeni, "Barıs" ordeni və "Kurmet" ordeninə layiq görülüb.

Karyerası

Jaqsiliq Üşkempirov birinci uğurunu 1980-ci ildə qazandı. O Avropa Çempionatında Prievidza şəhərində 2-ci yeri tutdu və gümüş medal qazandı. Elə həmin il isə Jaqsiliq Üşkempirov karyerasında birinci və sonuncu Olimpiya medalını qazandı.

Jaqsiliq Üşkempirov 1980-ci ildə Moskvada baş tutan XX-ci Yay Olimpiya Oyunlarında birinci olaraq Rumıniyalı Kostantin Aleksandrunu 6-2 hesabı ilə məğlub etdi. Daha sonra Jaqsiliq Üşkempirov Polşa idmançısı Roman Kirpaça ilə üz-üzə gəldi və bu görüşdən də qələbə ilə ayrıldı. 13-10. Finala gedən yolda onun rəqibi Macarıstanlı Ferents Sereşa idi. Jaqsiliq Üşkempirov Macarıstanlı rəqibini 17-6 hesabı ilə məğlub etdi və XX-ci Yay Olimpiya Oyunlarının finalına vəsiqə qazandı. Bu görüşdə Jaqsiliq Üşkempirov rəqibi Bolqarıstanlı Pavel Xristov idi. Jaqsiliq Üşkempirov final görüşündə də rəqibinə aman vermədi və 12-7 hesabı ilə qələbə qazanaraq karyerasında birinci dəfə Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.

1 ildən sonra isə Jaqsiliq Üşkempirov qüvvəsini Dünya Çempionatında sınadı. Norveçin paytaxtı Oslo şəhərində baş tutan Dünya Çempionatında Jaqsiliq Üşkempirov 1-ci yeri tutdu və qızıl medal qazandı.

Xarici keçidlər

Jaqsiliq ÜŞKEMPİROV

İstinadlar

Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib Qazaxıstan idmançıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:SSRİ güləşçiləri Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Yunan-Roma güləşi üzrə SSRİ çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları