Alfred Neuland () — Estoniyalı ağır atlet. Alfred Neuland 1920-ci ildə Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının qızıl, 1924-ci ildə Paris şəhərində baş tutan VI-cı Yay Olimpiya Oyunlarının isə gümüş medalçısıdır. Alfred Neuland həmçinin 1922-ci ildə Dünya Çempionatının qızıl medalçısıdır.

Həyatı

Alfred Neuland 10 oktyabr 1895-ci ildə Estoniyanın Valqa şəhərində anadan olmuşdur.

Karyerası

Alfred Neuland 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Neuland 1-ci cəhd də 72.5 kq., 2-ci cəhd də 75 kq. və sonuncu üçüncü cəhd də 110 kq. ram etdi və V-ci Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. O həmçinin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan birinci Estoniyalı idmançı oldu.

2 ildən sonra isə Estoniyanın paytaxtı Tallin şəhərində baş tutan Dünya Çempionatına qatıldı. Alfred Neuland Dünya Çempionatında da ən güclü olduqunu sübut etdi və 1-ci yeri tutaraq qızıl medal qazandı.

2 ildən sonra Alfred Neuland karyerasında 2-ci dəfə Olimpiya Oyunlarının medalını qazandı. O bu səfər Fransanın paytaxtı Paris şəhərində keçirilən VI-cı Yay Olimpiya Oyunlarında gümüş medal qazandı. Alfred Neuland 25 ölkənin mübarizə apardığı yarışlarda yalnızca İtaliyalı idmançıdan geri qalaraq gümüş medal qazandı. Alfred Neuland idman karyerasına başa vurduğdan sonra məşqçi kimi fəaliyyət göstərdi.

Alfred Neuland 16 noyabr 1966-cı ildə 71 yaşında Tallin şəhərində dünyasına dəyişdi.

Xarici keçidlər

Alfred NEULAND

İstinadlar

Kateqoriya:1920 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:1924 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:1920 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1924 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Estoniya idmançıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Estoniya idmançıları Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Ağır atletika üzrə dünya çempionları