George Haci (; ) — rumın futbol yarımmüdafiəçisi; XX əsrin ən yaxşı rumın futbolçusu. 2001-ci ildən məşqçi kimi fəaliyyət göstərir.

Həyatı George Haci 5 fevral 1965-ci ildə Rumıniyada Konstansa vilayətinin Seçele kəndində anadan olmuşdur.

Onun özündən böyük Elena və Sultan adında iki bacısı var. 6 yaşında ikən anası Çirata ona həyatını dəyişdirəcək və heç vaxt unutmayacağı bir hədiyyə verir nu futbol topu idi.

Klub karyerası

"Farul" Hacini ilk kəşf edən "Farul" (Konstansa) klubunun gənclərdən ibarət heyətini çalışdıran İosif Bukossi olmuşdur. Sonradan Hacinin futbolçu olmasında onun böyük əməyi vardır.

Haci ilk rəsmi matçına 11 yaşında çıxmışdır. 1979/1980 mövsümündə lisenziyalı olaraq "Farul" (Konstansa) komandasının oyunçusu olub.

"Sportul" 1983-cü ildə imtahan vermədən universitetə daxil olmaq üçün "Universitatya Krayova" komandasıyla müqavilə bağlayır. Bundan Rumıniya Sosialist Respublikasının prezidenti, diktator Nikolae Çauşeskunun oğlu Niku xəbər tutur və dərhal Hacini Buxarestdə bir universitetə yazdırır və onu fəxri prezidenti olduğu "Sportul Studentes"ə transfer edir. Haci 1983–1987-ci illərdə formasını geyindiyi "Sportul"da 108 matça çıxmış və 58 qola imza atmışdır.

"Styaua" Hacinin uğurları Çauşeskunun böyük oğlu Valentinin də diqqətini çəkir. Qardaşı ilə arası heç də yaxşı olmayan Valentin Hacini ordu komandası olan "Styaua"ya transfer edir. Həmin vaxt Buxarest klubu Avropa Çempionlar Kubokunun qalibi olmuşdu. Avropa Superkuboku uğrunda keçirilən oyunda isə artıq Haci də heyətdə idi. Həmin matç Hacinin vurduğu yeganə qolla – 1:0 hesabı ilə başa çatır.

Bundan başqa, "Styaua"dakı ilk ilində Rumıniya Kuboku və Rumıniya Liqa Çempionluğunu yaşayan Haci daha sonra bu komanda ilə 1 Rumıniya Kuboku və 2 çempionluq qazanmışdır.

"Styaua"da oynadığı dövrdə "Yuventus", "Liverpul", "Çelsi" və ən çox da "Milan" kimi güclü klublar tərəfindən dəfələrlə transfer edilmək istənilsə də, dövrün kommunist rejimi səbəbiylə bu baş tutmur.

"Real" 1990/1991 mövsümündə ölkədəki kommunist rejiminin dəyişməsindən sonra Haci 25 yaşında ikən İspaniyanın dünyaca məşhur klubu olan Madrid "Real"ına transfer olur. Bu transferi Madrid klubu heç də asan başa gəlmir. İspanlar 4 milyon dollara – o dövrə üçün rekord sayılan ödəniş qarşılığında onu transfer edə bilirlər.

1990–1992-ci illərdə formasını geyindiyi "Real"da Toşak və Antiç kimi mütəxəssislərlə çalışır; 64 oyunda 16 qol vurur.

"Breşiya" Madriddə istədiyi uğuru əldə edə bilməyən futbolçu 2 mövsüm sonra – 1992-ci ildə İtaliyaya yollanaraq, "Breşiya" klubuna transfer olunur. "Breşiya"dakı ilk ilində klub elitanı tərk edən zaman yeni transfer təkliflərinə baxmayaraq, Haci komandadan ayrılmır. Klubdakı ikinci ilində "Breşiya" tarixindəki ən diqqətçəkən uğurlardan birinə imza atır: İngiltərə və İtaliya klublarının iştirak etdiyi "Anqlo-İtaliya Kuboku"nu qazandı.

"Barselona" "Barselona"nın holland baş məşqçisi Yohan Kroyffun səyləri nəticəsində 1994/1995 mövsümündə Haci yenidən İspaniyaya qayıtdı. Burada iki mövsüm çıxış edir və 36 oyunda 7 qol vurdu.

"Qalatasaray" Hacinin karyerasında ən uzun müddət və ən çox meydana çıxdığı klub məhz "Qalatasaray" olmuşdur. O, İstanbulda 5 mövsüm çıxış etmişdir.

Hacinin "Qalatasaray"a transferi Türkiyə mətbuatında tənqidlərlə qarşılandı. Onun yaşının əslində 31 yox, 35 olduğu iddia edildi. Qeyd edək ki, bu həm də onun transferində növbəti rekord qiymət idi.

Haci tənqidlərə meydanda qarşılıq verəcəyini deyərək, "Qalatasaray"dakı ilk üç çempionat matçında qələbə gətirən qolları vurur. Növbəti illərdə isə Haci komandanın lideri olur. Komandaya qazandırdığı kuboklarla yanaşı, oynadığı 132 matçda 59 qol vurdu və daha 51 dəfə isə qol vurdurur.

"Qalatasaray"da oynadığı 5 mövsümdə UEFA Kuboku, Avropa Superkuboku, 4 Superliqa çempionluğu, 2 Türkiyə kuboku və 1 Cumhurbaşkanlığı Kubokunu qazanmışdır.

Onun bu klubdakı uğurları fanatlar tərəfindən "I love you Hagi" şüarını yaratmışdı. Türklərin inanılmaz "10 nömrə" adlandırdığı Haci sərt, dəqiq zərbələri və ecazkar cərimə zərbələriylə "Qalatasaray" azarkeşlərinin qəlbində taxt quraraq, unudulmazlar sırasına daxil olmuşdur.

Milli komanda karyerası George Haci 1983–2000-ci illərdə 125 dəfə Rumıniya millisinin formasını geyinmiş və 35 qol vurmuşdur.

Məşqçilik karyerası Məşqçilik karyerasına Rumıniya milli komandasında başlayan George Haci, sonradan "Bursaspor", "Qalatasaray", "Politexnika", "Styaua" kimi klubları çalışdırmışdır.

2014-cü ildən isə o, Rumıniya Liqa 1-ində çıxış edən "Viitorul" klubunun baş məşqçisidir.

Ləqəbi Ona "Karpat Maradonası" ləqəbi verilib. Lakin bu ləqəbi özü heç vaxt bəyənməyib. Ölkəsində dostları onu "Qiça" ləqəbiylə çağırıb.

Klub statistikası Mənbələr: Klub performansı Çempionat Kubok Digər QitəBuraya UEFA Çempionlar Liqası, UEFA Kuboku, UEFA Kuboklar Kuboku və UEFA Superkuboku (1986, 2000) daxildir Total Mövsüm Klub Çempionat Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Rumıniya Çempionat Rumıniya Kuboku Rumıniya Liqası Avropa Cəmi1982–83"Farul" (Konstansa)Divizia A187––1871983–84"Sportul" (Buxarest)Divizia A312–203321984–853020–2032201985–863131–2333341986–87165–412061986–87"Styaua" (Buxarest)Divizia A1410–1115111987–883125–8439291988–893031–9639371989–902210–312511 İspaniya Çempionat Kopa del Rey Superkubok Avropa Cəmi1990–91"Real" (Madrid)La Liqa2940010403441991–92351251–1035016 İtaliya Çempionat Kubok Superkubok Avropa Cəmi1992–93"Breşiya"İtaliya A Seriyası315––3151993–94İtaliya B Seriyası309––309 İspaniya Çempionat Kopa del Rey Superkubok Avropa Cəmi1994–95"Barselona"La Liqa1742120202351995–9619340–53286 Türkiyə Çempionat Kubok Superkubok Avropa Cəmi1996–97"Qalatasaray" (İstanbul)Türkiyə Super Liqası301412203136171997–983086000604281998–99281441–8340181999–00191231–15437172000–01251110–1123713 Ölkə Rumıniya223141176—3116271163İspaniya100231123021613531İtaliya611442——6516Türkiyə1325915420431019273Yekun5162374714509532663283

Milli komanda statistikası Mənbə:"Gheorghe Hagi – Century of International Appearances" . RSSSF. Retrieved 17 July 2012.Gheorghe HAGI . FRF. Retrieved 17 July 2012. Rumıniya milli futbol komandasıİlOyunQol198350198491198510419868319878219884219898019901121991621992541993511994115199531199681199764199871199942200060Yekun12435

Qeydlər

Mənbə Diktatorun oğlunun qəlbini ovlayan kəndçi balası Haci — VİDEO. publika.az, 19.02.2015

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rumıniya futbolçuları Kateqoriya:Rumıniya futbol məşqçiləri Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Qalatasaray PFK məşqçiləri Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Aromunlar Kateqoriya:Rumıniyanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Bursaspor baş məşqçiləri Kateqoriya:Breşiya FK futbolçuları Kateqoriya:Legioner Rumıniya futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:"Rumıniya ulduzu" ordeni ilə təltif edilənlər Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Rumıniya milli futbol komandasının oyunçuları Kateqoriya:Styaua Buxarest FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Rumıniya yazıçıları Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular