Kristina Pravdina — Rus əsilli Azərbaycanlı idman gimnastı. 2006-cu ildə Orhus şəhərində keçirilən Dünya Çempionatının bürünc medalçısıdır.

Həyatı

Kristina Pravdina 28 dekabr 1990-cı ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. Kristina Pravdina 1995-ci ildən idman ilə məşğul olur. Kristina Pravdina Voronej Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunudur.

Karyerası

Kristina Pravdina ən böyük uğurunu 2006-cı ildə Rusiya bayrağı altında qazandı. O Danimarkanın Orhus şəhərində keçirilən Dünya Çempionatında komanda yarışlarında bürünc medal qazandı. Daha sonra Kristina Pravdina Azərbaycanın uğurları üçün çalışdı.

O Azərbaycan bayrağı altında birinci uğurunu Azərbaycan Çempionatında qazandı. Kristina Pravdina 2015-ci ildə çoxnövçülük və müxtəlif hündürlüklü qollarda Azərbaycan Çempionatının qızıl medalını qazandı. Elə həmin il o həmçinin Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda 2-ci yeri tutdu və gümüş medal qazandı.

Kristina Pravdina 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. Amma bu yarışlarda Kristina Pravdina medal qazana bilmədi. O müxtəlif hündürlüklü qollarda 11.666 xalla 39-cu, dirəkdə isə 12.033 xalla 41-ci yeri tutdu.

Ailəsi

Kristina Pravdinanın anası Nina Pravdina İdman Gimnastikası üzrə Azərbaycan millisinin məşqçisidir.

Xarici keçidlər

Kristina PRAVDİNA - 2015 Avropa Oyunları

İstinadlar

Kateqoriya:Voronejdə doğulanlar Kateqoriya:Rusiyanın qadın idman gimnastları Kateqoriya:Azərbaycanın idman gimnastları