thumb|left|Tayyakinin hazırlanması. — Yaponiya mətbəxinə xas olan balıq formasında tort. Tortun hazırlanmasında anko xəmirindən (şəkərli adzukilərdən hazırlanır) istifadə olunur. Bundan əlavə kremdən, şokoladdan, pendirdən və şirin kartofdan da istifadə oluna bilər. Bəzi mağazalar tayyakini hətta okonomiyaki, qyozo və sosiska ilə hazırlayırlar.
Tayyaki hazırlamaq üçün blinçik və ya vafli xəmirindən istifadə olunur. Hazırlanmış sulu xəmir balıq formasında olan qəlibin hər tərəfinə tökülür. Daha sonra bir tərəfə əlavə məhsullar daxil edilir və qəlib bağlanılır. Qızıl qəhvəyi rəngi alana qədər bişilir.
Həmçinin bax Vagaşi Bunqeoppanq
İstinadlar
Kateqoriya:Yaponiya şirniyyatları Kateqoriya:Tortlar Kateqoriya:Paxlalı yeməklər Kateqoriya:Peçenyelər Kateqoriya:Yaponiya çörəkləri