Your Lie in April, Yaponiyada tanınan adı ilə və ya Kimiuso — Naoşi Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası 2011-ci ilin aprelindən 2015-ci ilin mayına qədər Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası 2014-cü ilin oktyabrından 2015-ci ilin martına qədər Fuji TV-nin noitaminA bloku vasitəsilə yayımlanmışdır. Film adaptasiyasının 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılır.

Məzmun Piano dahisi Kosey Arima yarışlarda həmişə yüksək nəticələr göstərən, uşaq musiqiçilər arasında məşhurluq qazanmış musiqiçi idi. Onun həm də müəllimi olmuş anasının ölümündən sonra Arima 11 yaşından psixi pozuntudan əziyyət çəkməyə başlamışdır. Nəticədə, Arima eşitmə qabiliyyətinin əla olmasına baxmayaraq çaldığı pianonun səsini eşitməməkdədir. İki il müddətində Kosey pianoya toxunmur və dünyaya baxışı monoxrom, rəngsiz qalır. O, yaxın dostları Vatari və Tsubaki ilə həyatını keçirmək taleyi ilə razılaşır. Lakin bir gün Koseyin rastlaşdığı bir qız onun həyatını dəyişir. On dörd yaşlı, cürətkar, azad ruhlu, manyak şəxsiyyətini ifa stilində əks etdirən skripkaçı Kaori Miyazono ona musiqi dünyasına qayıtmağa kömək edir.

Personajlar

& Piano ifası: Tomoki Sakata Kosey keçmiş piano dahisidir. Anasının ona veriyi ciddi dərslərin doğurduğu bir nəticə kimi insanlar onu "İnsan metronomu" ləqəbini taxıblar. Pianonu bənzərsiz hissiyyatla çalmaq qabiliyyəti ona Yaponiyada bir çox müsabiqədə birinci olmağa yardımçı olmuşdur. Anasının ölümündən sonra Kousey aldığı psixoloji travma üzündən piano səsini eşitməməyə başlamışdır və piano çalmağı buraxmışdır. İki il sonra tanış olduğu Kaori Miyazononun emosional və sərbət ifa stilindən təsirlənən Kosey yenidən piano çalmağa başlayır. Kosey sonda Kaorini sevdiyini anlayır, lakin Vatarinin sevgilisi olduğundan çəkinir.

& Skripka ifası: Yuna Şinohara Kaori Tsubakinin sinif yoldaşıdır və sərbəst stildə çalan skripkaçıdır. Onun üçün müsabiqələrdə əldə etdiyi nəticələr vacib olmasa da, tamaşaçılar onun ifasını çox yüksək qiymətləndirirlər. Kaori Tsubakinin vasitəsilə Koseylə tanış olur, onu yenə piano çalmağa razı salır, onu müşayiətçisi təyin edir və onlar müsabiqəyə qatılırlar.

Tsubaki Koseyin qapı qonşusu və uşaqlıq dostudur, ona kiçik qardaş gözü ilə baxmağa çalışır. O, atletik qızdır və məktəbdə softbol komandasının tərkibində oynayır. Tsubaki anasının ölümündən sonra Koseyin gələcəyi bağlı narahatlıq keçirir, buna görə də onun yenə piano çalmasını istəyir. O, əvvəlcə ona qarşı olan hislərini rədd edir, lakin sonda bu hislərini ona açıqlayır.

Vatari Kosey və Tsubakinin uşaqlıq dostudur və məktəbin futbol komandasının kapitanıdır. O, qızlar arasında çox populyardır, amma qızlarla ciddi olmayan münasibətlər qurur. Kaori əvvəllər Vatarini sevirdi, onlar birlikdə olanda sevgili kimi görünürdülər, bu isə Koseyin qısqanclığına səbəb olurdu. Kosey sonda Vatariyə Kaorini sevdiyini deyir, Vatari isə gülümsəyərək bunu bildiyini deyir.

Takeşi Koseylə eyni yaşda olan pianoçudur. Kiçik yaşda Koseyin çıxışını gördükdən sonra əsl məqsədi ona çatmaq və onu keçmək olur. Takeşi hətta Koseylə yarışmaq üçün Avropadan gələn təklifi çevirərək Koseylə eyni müsabiqəyə qatılır. Takeşi üçün Kosey onun "qəhrəman"ıdır.

Emi Koseylə eyni yaşda olan pianoçu qızdır. Pianoçu olmağa 5 yaşında Koseyin çıxışını gördükdən sonra qərara alır. Emosional ifa stili ilə Koseyə çatmağı arzulayır. Həmçinin onun Koseyə qarşı hislərinin olduğuna dair ipucular var, amma bu təsdiqlənməyib.

Naqi Takeşinin kiçik bacısıdır və onun kimi pianoçudur. Qardaşının rəqibi Kosey haqqında məlumat toplamaq üçün Hirokdan ona dərs verməsini istəyir. Amma Koseyin tələbəsi olur. O, tez-tez şablon olduğunu düşündüyü sözlər üçün sözünü işlədir. Koseyə çox təzyiq edir.

Saki Koseyin anası və müəllimidir. Saki Koseyə pianonu mükəmməl çalması üçün ciddi dərslər vermiş, hətta kiçik səhvlərə görə onu döymüşdür. Saki əvvəlcə onu pianoçu kimi yetişdirmək istəmirdi, lakin xəstəliyinə görə öləcəyini bilən Saki oğlunun gələcəkdə piano çalmaqla həyatı davam etdirməsi üçün onunla ciddi məşğul olmağa başlamışdır. Saki Koseyin Avropaya yollanmaq üçün şans olan müsabiqəyə qatılmazdan qabaq ölmüşdür. Anime boyunca ancaq onun xəyallarında görünmüşdür.

Hiroko məşhur pianoçudur və Sakinin kollecdə ən yaxşı dostu olmuşdur. Koseyin bacarığını görən və onu pianoçu etmək təklifini edən məhz Hiroko idi, baxmayaraq ki, Saki ilk öncə bununla razılaşmamışdı. Hiroko Sakinin Koseyə qarşı qəddar davranışına və Sakinin ölümündən sonra Koseyin adlığı psixoloji travmaya görə özünü günahlandırır, buna görə Koseyi qorumağa çalışır. Kosey piano çalmağa davam etməyə qərar verdikdən sonra Hirako onun müəllimi olur.

Çox balaca qızdır və Hiroko Setonun qızıdır. Koharu Koseyə çox bağlıdır, onun piano çalmasından zövq alır, onun üçün piano çalması istəyir. Həmişə anasını qucaqlayır.

Sayto Tsubakinin yaxın dostlarından biridir. O, Tsubaki ilə görüşə çıxır, amma başa düşür ki, Tsubakinin əsas diqqəti Koseyədir. Buna görə də başqasını sevdiyini deyərək Tsubakidən ayrılır.

Kaşivaqi Tsubakinin yaxın rəfiqəsidir və ona həmişə məsləhətlər verir. Kaşivaqi Tsubakinin Koseyə qarşı hislərini etiraf etmək inadını sındıra bilir. Animenin sonlarına yaxın BL (Boys' love) ilə maraqlandığı məlum olur.

Media Manqa "Your Lie in April" manqa seriyası Naoşi Arakava tərəfindən yazılmış və çəkilmişdir və Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi 16 sentyabr 2011-ci ildə Kodansha tərəfindən nəşr olunmuşdur və son cildi iki nəşrdə (norma və məhdud nəşrlər) buraxılmışdır. Məhdud nəşr OVA seriyası ilə birlikdə 15 may 2015-ci ildə nəşr olunmuşdur. Manqa seriyası Kodansha Comics USA tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır və ilk cild 21 aprel 2015-ci ildə nəşr olunmuşdur.

Anime

A-1 Pictures studiyası manqa seriyasının anime adaptasiyasını istehsal etmişdir. Anime serialı Yaponiyada 10 oktyabr 2014-cü ildən 20 mart 2015-ci ilə kimi göstərilmişdir. Crunchyroll hazırda anime serialını ingiliscə subtitrlarla yayımlayır. Birinci açılış mahnısı Goose tərəfindən ifa olunan mahnısı, birinci bağlanış mahnısı isə wacci tərəfindən ifa olunan mahnısıdır. İkinci açılış mahnısı Coalamode tərəfindən ifa olunan mahnısı, ikinci bağlanış mahnısı 7!! tərəfindən ifa olunan mahnısıdır. Anime serialının ingilis dilinə tərcümə edilmiş versiyası Netflix-ə əlavə edilmişdir.

Film

24 avqust 2015-ci ildə "kimiuso-movie.jp" domeni qeydiyyata alındıqdan sonra fanatlar film adaptasiyasının hazırlandığını düşünmüşdürlər. 2015-ci ilin sentyabrında filmdə çıxış edəcək şəxslərin adı açıqlandıqdan sonra bu şayiələrə təsdiqlənmişdir: Kento Yamazaki Kosey Arima rolunda, Suzu Hirose Kaori Miyazono rolunda, E-girls-dən Anna İşii Tsubaki Savabe rolunda və Tayşi Nakaqava Ryota Vatari rolunda. Filmdə onların liseyin ikinci ilində təhsil alacaqları anons edilmişdir. Yaponiyada 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılan filmin ssenarisi "Çiyələk gecəsi" filminin də ssenaristi olmuş Yukari Tatsui tərəfindən yazılacaq. Filmin rejissoru isə "Paradise Kiss"-in rejissoru olmuş Takehiko Şinco olacaq. Əsas mahnısı isə Ikimono-gakari musiqi qrupu tərəfindən ifa olunan "Last Scene" () mahnısıdır.

Qəbul Manqa seriyası "Ən yaxşı şonen manqasına görə" 37-ci Kodansha Manqa Mükafatına layiq görülmüşdür. "Manga Taishō" mükafatının nominantlarından biri olmuşdur.

Anime adaptasiyası 2016-cı ildə "Yomiuri Shimbun" qəzetinin "Sugoi Japan" mükafatının qalibi olmuşdur. Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 8-ci anime (26 səslə) seçilmişdir.

İstinadlar

Xarici keçidlər Shigatsu wa Kimi no Uso Kodansha saytında

Kateqoriya:2011-ci ilin manqaları Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2014-cü ilin anime serialları Kateqoriya:2015-ci ilin anime OVA-ları Kateqoriya:Şonen manqaları Kateqoriya:Komediya-drama anime və manqaları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Faciə anime və manqaları Kateqoriya:Kodansha manqaları Kateqoriya:A-1 Pictures Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Aniplex Kateqoriya:NoitaminA Kateqoriya:Piano və pianoçular haqqında əsərlər Kateqoriya:Filmlərə adaptasiya olunmuş manqalar Kateqoriya:Ən yaxşı şonen manqasına görə Kodansha mükafatı qalibləri Kateqoriya:Musiqi anime və manqaları Kateqoriya:Məktəb haqqında anime və manqalar