Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi — Azərbaycan animasiyası barədə onlayn muzey.

Azərbaycan Animasiya Muzeyi Azərbaycan İncəsənət Konsulluğunun təşəbbüsü ilə, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-ci ildə yaradılıb. Muzey Azərbaycan animasiyasının banilərindən Nazim Məmmədovun adını daşıyır.

Nazim Məmmədov Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyada çalışmış və Azərbaycan animasiyasının banilərindən olmuşdur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, 400-dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib.

Muzeyin yaranması Azərbaycanın zəngin animasiya tarixini əks etdirən və gənclərin Azərbaycan Animasiya tarixini tanımasına və maarifləndərilməsinə yönəlmiş bir internet resursudur.

Həmçinin bax

Azərbaycan animasiyası Azərbaycan animasiya filmlərinin siyahısı Azərbaycan animasiyası (kitab)

Mənbə

Azərbaycanda animasiya filmlərinin qısa tarixi

Xarici keçidlər

Rəsmi Vimeo kanalı

Rəsmi YouTube kanalı (bağlanıb)

Kateqoriya:Bakı muzeyləri Kateqoriya:2015-ci ildə yaradılmış muzeylər Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycandakı incəsənət muzeyləri