Cavanşir körpüsü (əvvəlki adı: Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü.Cavanşir Körpüsü, Bakı, Азербайджан

Tarixi "Cavanşir" körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib. 20 may 2024-cü ildə sökülməsinə başlanılıb.

Həmçinin bax Cavanşirin heykəli

İstinadlar

Kateqoriya:Azərbaycandakı dəmir-beton körpülər Kateqoriya:Bakıdakı binalar və tikililər Kateqoriya:1962-ci ildə tikilmiş körpülər Kateqoriya:2024-cü ildə ləğv olunanlar