İyirmidörd mahalı — Qarabağ xanlığının 25 mahalından biri.

Mahal haqqında qısa bilgi Sahəsi — Əhalisi — İyirmidördlər Yaranması — 1747-ci il Mərkəzi — Bayəhmədli kəndi Sərhədləri — qərbdən Şirvan xanlığı, şimaldan Gülüstan mahalı, şərqdən Cavanşir mahalı, Otuziki mahalı, cənubdan II Kəbirli mahalı.

Mahalın tarixi Qədim-qayım Qarabağın ünlü mahallarından biri də İyirmidörddür. Adını türk tayfa birliyi İyirmidörddən alıb. Bu tayfa birliyi əski çağlarda Qarabağın çeşidli yerlərində yaşayırdı.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Həmin qaynaqda İyirmidördün yerləşdiyi yörələr. 1. Alışarlı oymağı—Sir nahiyəsində, Sümə kəndində 2.Alpavut oymağı—Yavlaq Qaramanlı nahiyəsində, Alpavut oymağı—Sir nahiyəsində, Əliabad nəhrində 3. Bəxşayişli oymağı—Şütur nahiyəsində, Bəxşayişli oymağı—Şütur nahiyəsində, Nemətabad nəhrində 4. Bəxtiyarlı oymağı—Qaraağac qəzasında, Bəxtiyarlı oymağı—Qaraağac qəzasında, Tüllü oymağı ilə birlikdə 5. Dərəbəyli oymağı-Yavlaq Qaramanlı nahiyəsində, Dərəbəyli oymağı—Qaraağac qəzasında 6. Dədəxəlilli oymağı—Bərdə qəzasında 7. Dördlər oymağı—Bərdə qəzasında 8. Dürhəsənli oymağı—Sir nahiyəsində 9. Ərəbli oymağı—Bərdə qəzasında 10. Gödə Əhmədli oymağı—Yavlaq Qaramanlı nahiyəsində 11. Gögçəkli oymağı—Yavlaq Qaramanlı nahiyəsində Gögçəli-Varvara oymağı—Yavlaq Qaramanlı nahiyəsində 12. Molla Əlili oymağı—Yavlaq Qaramanlı nahiyəsində, Bük nəhrində, Molla Əlili oymağı—Bərdə qəzasında, Toqaclı oymağı ilə birlikdə 13. Pirə Mahmudlu oymağı—İncərud nahiyəsində 14. Sarı Hacılı oymağı—Çelaberd nahiyəsində 15. Seyidi Zəng oymağı—Yavlaq Qaramanlı nahiyəsində 16. Tobılı oymağı—Sir nahiyəsində 17. Toqaclı oymağı—Yavlaq Qaramanlı nahiyəsində 18. Tüləki oymağı—Bərdə qəzasında, Pətəklik nahiyəsində 19. Tüllü oymağı—Qaraağac qəzasında 20. Varvara oymağı—Yavlaq Qaramanlı nahiyəsində 21. Yasavullu oymağı—İncərud nahiyəsində 22. Yollu oymağı---Bərdə qəzasında 23. Zənd oymağı—Yavlaq Qaramanlı nahiyəsində 24. Xəllacan oymağı—Bərdə qəzasında.

Mahal Bərdə qəzasının bir neçə nahiyəsini, о cümlədən Bərdə, Sir, Şütur, İncərud və Yavlaq Qaramanlı nahiyələrinin ərazilərinin əsas hissələrini əhatə edirdi. Bugünkü yörələr əsasında İyirmidörd mahalının xəritəsini cızsaq, Bərdə, Yevlax və Goranboy bölgələrinin ərazilərinin böyük hissəsini göstərmiş olarıq.

Qarabağ хanlığının arxivi əlimizdə olmadığından mahal ərazisini daha dəqiq təsvir etmək imkanından bir qədər uzağıq. Lakin gərgin araşdırmalar, sürəkli аxtarışlar əsasında mahalın torpaq sərhədlərini aydınlaşdırmağı bacarmışıq. Bəzi erməni müəllifləri yanlışlıqla İyirmidörd mahalını Talış (Gülüstan) mahalının ərazisi kimi qeyd edirlər.

İyirmidörd mahalı 1823-cü ildə ləğv olunub. Ərazisi Şuşa qəzasının Cavanşir sahəsinə bağlanıb.

İyirmidörd mahalının naibləri Titul Adı Başlanığıcı Sonu Naib Naib Naib Naib Naib Mirzə Adıgözəl bəy Bayəhmədli 1822 1840

İstinadlar

Mənbə Ənvər Çingizoğlu, İyirmidörd mahalı, "Soy" elmi-kütləvi dərgi, 2008, № 9, səh.30–33

Həmçinin bax Qarabağ xanlığı Otuziki mahalı

Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:Qarabağ xanlığının mahalları