Taneqaşima () — Kyuşu adasından cənubda, Sakit okean ilə Şərqi Çin dənizi arasında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Kaqoşima prefekturası ərazisində yerləşir.

Coğrafiyası thumb|left|200px|Taneqaşima adasının xəritəsi thumb|right|250px|H-IIA raketinin uçuşu. Kyuşu adasının Osimi yarımadasından 35 km cənubda yerləşir. Şimaldan cənuba uzunluğu 58 km, şərqdən qərbə isə eni 7 km təşkil edir. Yaxınlığında yerləşən Yakuşima, Kuçinoerabu və Maqeşima adaları ilə birlikdə Osumi arxipelaqına daxildir.

Taneqaşima adası səmadan Düyü yarmasını xatırladır. Adanın ən hündür nöqtəsi 282 metr təşkil edir. Adanın relyefi düzənlikdir. Taneqaşimanın sahəsi 445 km² təşkil edir. Adanın şərq hissəsi sıldırımlı, qərb hissəsi isə qumsal çimərliklərdən ibarətdir.

Taneqaşimanın orta illik temperaturu 10 °S, illik yağıntının miqdarı 2700 mm təşkil edir. Subtropik iqlimə malik olduğundan batat, tütün, yerfındığı, noxud, naringi və başqa bitkilərin əkininə imkan verir. Suları balıq və xərçənglərlə zəngindir.

Tarixi Qədim zamanlada adada Yamato dövlətinin tərkibinə daxil idi. VIII əsrdən Osumi vilayətinin ərazisinə daxil edilmişdir. 1543-cü ildə adaya ilk avropalılar ayaq basırlar. Burada ilk dəfə yaponlar odlu silahlа tanış olmuşlar. Bu səbəbdən yaponlar hətta odlu silahı Taneqaşima adlandırılır.. 1969-ci ildə adada Taneqaşima kosmik mərkəzi fəaliyyət göstərir.

İnzibati bölgü Adanın şimalında Nisinoomote şəhəri, mərkəzi hissədə Naka-Tane qəsəbəsi, cənub hissədə isə Minami-Tane qəsəbəsi yerləşir. Qəsəbələr Kumaqe dairəsi ərazisinə daxildir.

Tanınmış şəxsləri Miya Uehara (1987—2011) — model.

İstinadlar

Kateqoriya:Kaqoşima prefekturasının adaları Kateqoriya:Osumi adaları