Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır.

Haqqında Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.

Tarixi thumb|left|"Yarasa" Qələbə paradında (2020) iştirak edərkən.

İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.

Nazirlər

İstinadlar

Həmçinin bax Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi

Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:14 dekabrda yarananlar Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları