"Let It Be" () — 1970-ci ilin mart ayında "The Beatles" qrupu tərəfindən sinql kimi çıxarılan və sonradan "Let It Be" albomuna daxil edilən mahnı. Mahnı Pol Makkartni (albomda müəllif kimi Lennon və Makkartni göstərilib) tərəfindən yazılıb.MacDonald, Ian (2005). Revolution in the Head: The Beatles' Records and the Sixties (Second Revised ed.). London: Pimlico (Rand). p. 337.Sheff, David (2000). All We Are Saying: The Last Major Interview with John Lennon and Yoko Ono (Paperback). St. Martin’s Griffin. p. 202. Mahnı Pol Makkartninin qrupu tərk etməsini elan etməsindən əvvəl çıxarılmış sonuncu "The Beatles" sinqlı olub.

Mahnı Avropa hit-paradlarında ilk yerləri tutub.

Yazılması və istehsalı Makkartni bildirib ki, "Let It Be" mahnısını yazmaq fikri onun ağlına "Ağ albom"un yazılışları zamanı yuxuda anasını gördükdən sonra gəlib. Makkartni anasının (Polun 14 yaşı olarkən anası xərçəng xəstəliyindən vəfat edib) onu "Mary Mother" sözləri ilə ruhlandırdığını bildirib.Miles, Barry (1997). Many Years From Now. Vintage-Random House. p. 20.Spitz, Bob (2005). The Beatles. Little Brown. pp. 73–76. O deyirdi: "Bu yuxudan sonra mən özümü xoşbəxt hiss edirdim. Elə bu da məni "Let It Be"ni yazmağa vadar etdi."Spitz, Bob (2005). The Beatles. Little Brown. pp. 88–90.The Beatles (2000). Anthology. Chronicle Books. p. 19. Makkartni sonralar bununla bağlı deyirdi ki, yuxuda anası ona: "Hər şey yaxşı olacaq, sadəcə, qoy belə olsun (let it be) deyib.""Let It Be". Sold on Song. 2009

"The Beatles" qrupu 3 yanvar 1969-cu ildə yeni film olan "Qoy belə olsun" üzərində işləməyə başlayıb, "Let It Be"nin ilk məşqi də məhs həmin zaman Twickenham Film Studios-da keçirilib. Mahnının fonoqramı 31 yanvar 1969-cu ildə "Apple studiyasının təqdimat" hissəsi kimi yazılıb. Mahnının məşqi zamanı Makkartni Blüthner fortepianosunda, Lennon altı simli bariton-gitarada, Billi Preston orqanda, Corc Harrison və Rinqo Star isə adəti üzrə gitara və zərb musiqi alətlərində ifa edirdilər.Lewisohn, Mark (1988). The Beatles Recording Sessions. New York: Harmony Books. p. 170.

6 mart 1970-ci ildə "Let It Be" sinqlı çıxarılıb. 26 mart 1970-ci ildə isə Fil Spektor, "Let It Be" albomu üçün mahnının remiks versiyasını hazırlayıb.Lewisohn, Mark (1988). The Beatles Recording Sessions. New York: Harmony Books. p. 198.

Personal Pol Makkartni — əsas vokal, bek-vokal, fortepiano, marakas Con Lennon — altı simli bariton-gitara Corc Harrison — gitara Rinqo Star — zərb musiqi alətləri Billi Preston — orqan və elektrik fortepiano Linda Makkartni — bek-vokal

İstinadlar

Xarici keçidlər Mahnının sözləri MetroLyrics saytında

Kateqoriya:The Beatles mahnıları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:1970-ci ilin sinqlları Kateqoriya:Rok-balladalar Kateqoriya:Bill Uizers mahnıları Kateqoriya:1969-cu ilin mahnıları Kateqoriya:1970-ci ilin mahnıları Kateqoriya:1987-ci ilin sinqlları