thumb|Andrias japonicus kəlləsi

Nəhəng yapon salamandrasıКузьмин С. Л. Земноводные бывшего СССР. — М.: Товарищество научных изданий КМК, 2012. — 2-е изд. — С. 249. — 370 с. — ISBN 978-5-87317-871-1 () — Andrias cinsinə, Suda-quruda yaşayan quyruqlular fəsiləsinə aid olan növ. Ölçülərinə görə dünyanın ikinci ən böyük salamandralarıdır. Rekord isə 1,8 m uzunluqlu Nəhəng çin salamandrasıdır

İlk dəfə 1820-ci ildə alman realist janrında əsərlər yazan Filip Frans fon Zimbold tərəfindən qeydə alınmışdır. Bu zaman o, Yaponiyanın Naqasaki prefekturasına daxil olan Deşima adasında yaşayırdı. O, ovlanmış salamandranı Hiderlandın Leyden şəhərinə göndərmişdir.

Yaponlar onların ətindən yararlanır və onu dilekates hesab edirlər

Yayılması Bu növ salamandralar Yaponiya adalarının endemik canlısıdır. Onlar əsasən Honşu adasının qərbi, Şikoku bütün ərazisində və Kyuşuda yayılmışlar.

Xüsusiyyətləri 200px|thumb|left|Nəhəng yapon salamandrası Nəhəng yapon salamandrası xariçi görünüş baxımından Nəhəng çin salamandrasına () bənzəsədə yalnız başında olan ziillərinə görə fərqlənir.

Rəngləri tünd qəhvəyi və qara tonlara sahib olurlar. Başları böyük və enli olur. Qəlsəmələri yetkinlik yaşına çatdıqdan sonra yoxa çıxır. Ətraflarının sonları qısa və kök olur. Ön ətraflarda 4, arxa ətraflarda isə 5 barmaq olur.

Onlar pis görmə qabiliyyətinə malikdirlər. Əsasən digər hiss etmə orqanlarına əsaslanaraq hərəkət edirlər. Metabolizm xüsusiyyətinə malikdirlər. Həftələrlə aç qala bilirlər Ümumi uzunluqları 30 - 150 sm arasında dəyişir. Bədənin uzunluğu 20 - 90 sm, orta uzunluqları isə 60-70 sm-dir. Təbiətdə aşkarlanan ən iri salamandra 26,3 kq çəkiyə və 136 sm uzunluğa malik olmuşdurAndrias japonicus - Amphibiaweb

Onların maksimal ömrü 55 il çəkir. Salamandralarda regenerasiya baş verir.

Həyat tərzi Ömrünün böyük hissəsini suda keçirir. Tənəffüs əsasən dərisi ilə həyata keçirir. Gecələr aktivləşir. Xüsusi ilə soyuq dağ bulaq və çayırında yaşayırlar.. Balıqlar, suda-quruda yaşayanlar, xərçəngkimilər və cücülərlə qidalanır. Çoxlma dövrü avqust-sentyabr aylarına təsadüf edir.

Dişilər yumurtaları sahildə və dərinliyi 1–3 m arasında olan yuvalarda saxlayır. Yumurtaların sayı bir necə yüz olur. Yumurtalar 6–7 mm diametrə malikdir. Dişilər kürüləri qoruyur. İnkubasiya dövrü 12—13°S şəraitində 60—70 gün müddətində baş verir. Yeni doğulan balalar 30 mm ölçüyə malik olur.

İstinadlar

Mənbə Salamandraların yayılma ərazilərinin fotoları Andrias japonicus Discovery Channel Video On The Giant Salamander BBC report Video I shot in Minoo, Osaka, Japan of Cryptobranchus japonicus, Giant Japanese Salamander

Kateqoriya:Yaponiya endemikləri Kateqoriya:Yaponiya suda-quruda yaşayanları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1837-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Şərqi Asiya faunası