Təzəkənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Təzəkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi "Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 06.10.2007-ci il tarixli 482-IIIQ nömrəli Qanunla Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsi tərkibində yeni salınmış qəsəbələrdən birinə "Təzəkənd qəsəbəsi" adı verilmişdir. Həmin Qanunla da "Təzəkənd qəsəbəsi Nəmirli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Təzəkənd qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respubliksının 01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunuun 2-ci hissəsinin 5-ci bəndi ilə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna dəyişiklik edilərək Təzəkənd qəsəbəsi Ağdam rayonunun Təzəkənd bələdiyyəsinin ərazisinə daxil edilmişdir.

"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18.10.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 7.4-cü bəndinə əsasən Ağdam rayonunun Təzəkənd bələdiyyəsi ləğv edilmiş, Təzəkənd qəsəbəsinin torpaqları isə Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə verilmişdir.

2025-ci ildə Qəsəbənin ərazisindəyerləşən Təzəkənd Dəmiryol Stansiyası istismara verilmişdir.

Coğrafiyası Faktiki olaraq Tərtər rayonunun ərazisi ilə inzibati sərhəddə yerləşir.

Qəsəbənin ərazisindən Ərəbarx çayı axır.

Qəsəbə Ağdam şəhərindən 34 km, müvəqqəti rayon mərkəsi olan Quzanlı qəsəbəsindən 12 km, Bakıdan isə 312 km məsafədə yerləşir.

Ən yaxın Dəmiryol stansiyası Ağdam rayonunun Təzəkənd Dəmiryol Stansiyasıdır.

Qəsəbənin dəniz səviyyəsindən hündürlüyü 252 m.dir.

Həmçinin bax Ağdam rayonunun Təzəkənd bələdiyyəsi

Ağdam rayonunun Əhmədağalı bələdiyyəsi

İstinadlar

Kateqoriya:Ağdam rayonunun qəsəbələri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri