Sarıcalı — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd.
Kəndə bəzən Çəmənli Sarcalısı, yaxud Əmiraslanbəyli Sarcalısı da deyilir.
Ağdam rayonu ərzisində Sarıcalı inzibati ərazi dairəsində də eyni adlı Sarıcalı kəndi var ki, ona el arasında "Ağdamkənd Sarıcalısı" deyiblər.
Ağdamın Çəmənli kənd inzibati ərazi dairəsində yerləşən Sarcalı kəndi "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Çəmənli bələdiyyəsinin ərazisinə aid edilib.
Toponimikası Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. (Mənbə: Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14)
Tarixi Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu.
1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi.
XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır.
Kənddə Sarcalı elinin məşədi Nəcəfli Qarılar, Dovşanlı, Hacı söyütlü və Hacı Nazimli nəsilləri məskunlaşmış sonra sonuncu iki nəsil Ağdam şəhərinə köçmüşdü.B.Budaqov,Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinnə əsasən Çəmənli kənd inzibati ərazi dairəsindəki Sarıcalı kəndi Çəmənli bələdiyyəsinə aid edilib və 28.06.2004-cü il tarixinə qədər bu Bələdiyyənin tərkibində olub.
29.06.2004-cü il tarixli 715-IIQ nömrəli "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında" Qanunu ilə Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Ağdam rayonunun Sarıcalı bələdiyyəsi təşkil edilib və onun ilk nizanaməsi qəbul edilib və 17.10.2024-cü il tarixinə qədər bu bələdiyyənin tərkibində qalıb.
18.10.2024-cü il tarixli 50-VIIQ nömrəli "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanunun 7.2-ci bəndinə əsasən, "Çəmənli və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində Çəmənli bələdiyyəsi" yaradılmışdır. Bununla da Sarıcalı bələdiyyəsinin fəaliyyətinə xitam verilmişdir.
Tanınmış şəxsləri Anar Yusifov — İkinci Qarabağ müharibəsi şəhidi.
Həmçinin bax
Ağdam rayonunun Sarıcalı bələdiyyəsi Ağdam rayonunun Çəmənli bələdiyyəsi Ağdam rayonu
İstinadlar
Xarici keçidlər Youtube-da bax :Bir kəndin nağılı. Sarıcalı (film)
Kateqoriya:Ağdam rayonunun kəndləri