"Rayani Air" — Malayziyanın İslami qaydalara əməl edən ilk aviaşirkəti.İlk halal hava yolu şirkəti . marja.az, 22.12.2015 İlk uçuşunu həyata keçirdikdən 5 ay sonra maliyyə çatışmazlıqları səbəbindən fəaliyyətini dayandırmışdır.
Tarixi "Rayani Air" şirkəti 19 yanvar 2015-ci ildə yaradılmışdır. Həmin ilin dekabr ayının 20-də fəaliyyətə başlamışdır. Şirkət ilk səfərini paytaxt Kuala-Lumpurdan Lanqkavi adalarına həyata keçirmişdir.
Şirkətin təyyarələrində qalxış və enişlərdən əvvəl dualar oxunur. Stüardessaların hicab örtməsi məcburidir. Sərnişinlərə təqdim olunan bütün məhsullar halaldır. Ətli yeməklər İslami qaydalara uyğun kəsilən heyvanların ətləri istifadə edilməklə hazırlanır. Donuz və spirtli içkilər uçuşlarda qətiyyən qadağadır.
9 aprel 2016-cı ildə Rayani Airin həmtəsisçisi növbəti elana qədər bütün əməliyyatları dayandırdıqlarını elan etdi.
Malayziya Aviasiya Kommissiyası 13 iyun 2016-cı ildə Rayani Airin uçuşları həyata keçirmək üçün maliyyə və idarəetmə çatışmazlıqları ilə əlaqədar lisenziyasının ləğv edildiyini açıqladı.
Təyyarə parkı Boeing 737-400 Boeing 737-800
İstinadlar
Xarici keçidlər
Rayani Air on Facebook Rayani Air on Twitter Rayani Air on Instagram
Kateqoriya:Malayziya aviaşirkətləri Kateqoriya:19 yanvarda yarananlar Kateqoriya:2015-ci ildə yarananlar