Solveyk Qunberq Yakobsen (; 8 oktyabr 1913 — 25 oktyabr 1996)Gravminner i Norge. DIS Norge. Retrieved on 7 November 2008. — milliyyətçə norveçlı olan, 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi GeorgiyaRobert K. Headland, The Island of South Georgia, Cambridge University Press, 1984. adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur. Onun atası Fridzof Yakobsen (1874-1953) 1904-cü ildə Balina ovu üzrə ixtisaslaşmış Qryotvikenə gəlmişdir (qəsəbə salınmış). Bu balina stansiyasında 1914-çü ildən balina stansiyasında menecer köməkçisi işləyirdi. Anası isə Klara Olette Yakobsendir. Solveyk Qunberq Yakobsen Argentinanın Buenos Ayres şəhərində həyatını başa vurmuşdur.
Vinson Massivində yerləşən Yakobsen Valleu onun şərəfinə adlandırılmışdır.
Antarktida doğulan ilk şəxs Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada bəzi hallarda Cənubi Georgiya adası Antarktida qitəsinə daxil edilmir. Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur. Bu günda Cənub qütbünə ən yaxın yerdə doğulan insan kimi tanınır.
İstinadlar
Kateqoriya:1996-cı ildə vəfat edənlər Kateqoriya:Cənubi Georgiya və Cənubi Sandviç adaları