lill Müasir İncəsənət Muzeyi — modernizmə həsr olunmuş müasir incəsənət və ar bryut (kobud incəsənət) muzeyi. Muzey Fransanın Nor departamentinin Vilnev-d'Aska şəhər parkının mərkəzində yerləşir.

Muzeyin kolleksiyasına 4800-dən çox eksponat daxildir. Muzeyin sahəsi 4 000 kv. metrdən çoxdur. lill Müasir İncəsənət Muzeyi Avropada XX və XXI əsrlərin mədəniyyətinin: müasir incəsənətin, modernizmin və ar bryut incəsənətinin əsas komponentlərinin qovuşduğu yeganə muzeydir.

Muzeydə Pablo Pikassonun, Amedeo Modilyaninin. Xuan Mironun, Jorj Brakın, Fernan Lejenin, Aleksandr Kolderin və Artur Van Qekkenin əsərləri də nümayiş etdirilir. Muzeydə həmçinin Fransa ar bryut incəsənətinin zəngin kolleksiyası da vardır. lill Müasir İncəsənət Muzeyi heykəllərlə əhatə olunmuşdur, burada, həmçinin kitabxana da yerləşir.

İstinadlar

Xarici keçid Официальный сайт ЛАМа

Kateqoriya:Lill muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri