Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.

Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir.

Toponomik izahı Qədim türkmənşəli Avest tayfasının adındandır.B.Budaqov, Q.Qeybullayev. "Yuxarı Qarabağın Toponimləri", 2005.

Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı.Mirzə Adılgözəl bəy Qarabağnamə. "Qarabaxnamələr". Bakı, 1989.

Tarixi Rusiya İmperiyasının siyahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1913-cü ilə aid qeydlərində "Afatlu" kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının Afatlu kənd icmasında göstərilib. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir.

1926-cı ilə aid Azərbaycan SSR inzibati ərazi bölgüsündə Əfətli kəndi Azərbaycan SSR Ağdam qəzasının Qarqar dairəsinə aid edilibНаселение Агдамского уезда на 1926 года .. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.

1929-cu il inzibari ərazi islahatı nəticəsində kənd Azərbaycan SSR Ağdam rayonunun Məşədilər Kənd Deputatları Şurasının (Sovetliyinin) ərazisinə aid edilib.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 30.06.1954-cü il tarixli Qərarı ilə Ağdam rayonunun Məşədilər kəndinin adı dəyişdirilərək tarixi "Əfətli kəndi" adı qaytarılmışdır.

1961 - 1977-ci il siyahıyaalmsı zamanı Əfətli kəndi Ağdam rayonunun Əfətli kənd deputatları Sovetliyinin ərazisi kimi göstərilib .

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna əsasən Kənd ərazisində Ağdam rayonunun Əfətli bələdiyyəsi təşkil edilmişdir.

Birinci Qarabağ Müharibəsindən sonra Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında müdafiə olunmuşdur.

2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur, bütün hallarda düşmən cavab atəşilə susdurulurdu.

Həmçinin bax

Ağdam rayonunun Əfətli bələdiyyəsi

Ağdam rayonu

İstinadlar

Xarici keçidlər Vikixəritə, Əfətli AĞDAM RAYONU, ƏFƏTLİ BƏLƏDİYYƏSİ

Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Ağdamın Əfətli kənd inzibati ərazi dairəsi