Səbinə Ağayeva () — REAL TV-nin Baş Redaktoru.
Həyatı Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib.
Fəaliyyəti "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006–2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016-cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb. 2018-ci ilin Mart ayının 15 dən Azərbaycanda ilk ixtisaslaşmış xəbər kanalı REAL TV də (REAL Təhlil İnformasiya Mərkəzində) Baş Redaktor kimi fəaliyyətə başlayıb.
Filmoqrafiya ADıNA günü (film, 2010) (qısametrajlı sənədli film) (ANS) — müxbir İç Xəbər
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Diktorlar