Çatqıran, Ağadost — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan, Kotayk) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.

Tarixi Rayon mərkəzindən 10 km cənub-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "müsəlmanların yaşadığı Çatqıran"İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.82, Qafqazın 5 verstlik xəritəsində CadqranПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.81, erməni mənbələrində həm də Çatıqranerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.46 kimi qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində "Müsəlmanların yaşadığı Çatqıran kəndi" ifadəsi vardırİrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.Геюшев Р.Б. О Хотаванском храме и его надписях. Изв. АН Азерб. ССР. Серия истории, философии и права. 1972, № 3. 1945-ci ildə kənd ermənicə Qeqaşen adlandırılmışdır. Yerli tələffüz forması Cadqırandır. 1590-cı ilə aid mənbədə də Cadqıran kimidirIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.. 1590-cı ilə aid mənbədə Cadqıran kəndinin həm də Ağadost adlandığı göstərilirIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.. 1727-ci ilə aid türkcə mənbədə Çatkıran kimi qeyd olunmuşdurBasbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.Azərbaycan Sovet Ensiklopediyası (müxtəlif cildlər).

Toponimi Toponim türk dilində "dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer, yarğanh, dərəli sıra dağlar", "iki çay arasında yer> mənasında işlənən çat sözü iləРадлов В.В. Опыт словарья тюркских наречий, т. III, ч.2, СПб, 1905. s.1893Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.608 türk dilində (əslən monqol dilinə mənsubdur) "çəpər, hasar", "düşərgə", "heyvanlar üçün ağıl", "yaşayış yeri", "alaçıq" mənasında işlənən kuren (>quran >qıran >qran) sözündənМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s. 3 173 18 əmələ gəlib, "qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib RazdanKiesling, Rediscoving Armenia, p. 59, available online at the US embassy to Armenia's website , 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilib Gexaşen qoyulmuşdur. Toponimin birinci komponenti türk dillərində çat-"yarğanın kənarıДревнетюркский словарь. М., 1969."dağ beli", "dağ çıxıntısı", "qayalı yüksəklik", "iki dərəni birləşdirən yer", "yarğanları və dərələri olan alçaq sıra dağ, tirə"Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984. sözüdür; "çat" (yaxud "çad") hissəsi hələ XIII əsrdəГеюшев Р.Б. О Хотаванском храме и его надписях. Изв. АН Азерб. ССР. Серия истории, философии и права. 1972, № 3. Artsakda (Dağlıq Qarabağda) Çat-Çoran (ermənicə yazılışda Çat-Çorans) kənd adında vardı. XIX əsrdə Şimali Qafqazda Çat-Başı, Ter əyalətinin Nalçik dairəsində Özəngi Çat-Başı, Çat-Aman dağı, Qars əyalətinin Qars dairəsində Çat-KöyПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. və s. toponimlər mə’lumdur. Qırğızıstanda Çat-Bel, Sarı Çatı, Çat-Bazar dağ adlarıМурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.da bu sıraya aiddir. Toponimin "qİran" hissəsi Azərbaycanda və Ermənistanda çoxmə’nalıdır. . Bir qrup toponimdə "qırılan" (parçalanıb qopulan) mə’nasında. Bu, qaya adları üçün səciyyəvidir: məsələn, XIX əsrdə Tiflis quberniyasının Axalkalaki qəzasında Baş-Qİran dağının adı; . Bə’zi toponimlərdə "kəsilmiş" mə’nasında; məsələn, Xaçmaz r-nunda Pərdiqİran kəndinin adı (ev tikdikdə pərdi, yə’ni tir üçün palıd ağacları kəsilən yer); . Bə’zi toponimlərdə türkmənşəli Kİran tayfasının adını əks etdirir. Bu tayfanın adı "Kitabi Dədə Qorqud" eposunda çəkilir. Ehtimal ki, bu tayfanın adı ilə Tovuz r-nunda orta əsrlərdə Kİran qalası vardı ki, onun xarabalığı İndi Ağcaqala adı ilə mə’lumdur. Bu qalanın adı həmin r-nda Xınna Kirən və Quşçu Kirən kənd adlarında qalmışdır. Yaqut Həməvi (XIII əsr) Təbrizlə Beyləqan arasında Kİran qalasının adını çəkir. . Bə’zi toponimlərdə qİran sözü "sınmış" mə’nasındadır. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə İrəvan əyalətində Küpqİran kəndinin adı çəkilirСимеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.Мамедов С. Исторические связи Азербайджанского и армянского народов. Баку, 1977.. Bu kəndin adı təsərrüfat işləri zamanı "sınmış küp qəbir çıxan yer" mə’nasındadır. Görünür, "Küpqıran" adlı yerdə qışlaq yaranmış və sonra qışlaq kəndə çevrilmişdir. . Bə’zi toponimlərdə "qİran" sözü "məhv olmuş", "qırılmış" (sel, yaxud yanğından və s.) mə’nasındadır. Məsələn, Arıqİran (Gədəbəy rayonunu). . Nəhayət, bir sıra toponimlərdə qİran sözü qədim türk dillərindəki kuren, quran, kuran, "hərbi düşərgə", "müharibə vaxtı qoşunun yaşaması üçün yarı torpaqda ev, tikinti", "hərbi hissə" sözünün fonetik formasıdır Çadqiran, yaxud Çatqıran kəndinin adı da məhz "Çat yerdə quran (kuren), yə’ni düşərgə" mə’nasındadır. Ermənistanda XIX əsrdə Çatqİran adlı üç kənd vardı. Buradan belə nəticəyə gəlmək olar ki, bu kəndlərin ikisi üçüncüsündən yaranmışdır və deməli, iki Çatqİran toponimi əhalinin hərəkəti ilə aparılmadır.

Əhalisi Kənddə 1828-ci il kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828–30-cu illərdə İranın Xoy vilayətində ermənilər köçürülərək kənddə yerləşdirilmişdirHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.824. Burada ermənilərlə yanaşı 1831-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.126. 1840-cı il lər də azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırxbulaq kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri