Oxçu berd, Oxçubert, Voxçaberd - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Voxçaberd formasında qeyd edilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46.

Toponim əvvəlinə «v» samiti sonradan artırılmışdır. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə İrəvan qəzasının İrəvan nahiyyəsində Oxçaberd kəndi olduğu göstərilirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.159.

Oxçubert, kəndin ilkin və qədim adıdırПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.53, 197.

Toponim «Kitabi-Dədə Qorqud»da adı çəkilən Ənsə Qoca oğlu Oxçu əsasında yaranan oxçu türk etnoniminə türk dilində «çətin keçilən yer, əl çatmaz yer» mənasında işlənən bert (> berd) sözününМолчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.83 qoşulması ilə əmələ gəlmişdir. «Oxçu tayfasına məxsus yaşayış yeri» mənasını bildirir.

Bert sözü urartu dilində «şəhər» mənasında patar formasında işlənmişdirМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.81. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 180 nəfər, 1886-cı ildə 1'43 nəfər, 1897-ci ildə 171 nəfər, 1904 - cü ildə 156 nəfər, 1914 - cü ildə 298 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127, 1918-ci ilin yanvarında 493 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216 azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 38 nəfər 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə deportasiya olunaraq zorla Azərbaycana köçürülümüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırxbulaq kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri