Taif () — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir.

Tarixi Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhərHisham Ibn Al-Kalbi - The Book of Idols., 1517-ci ilə qədər onun tərkibində qalır. 1517-ci ildə Osmanlılar tərəfindən işğal edilərək Hicaz şərifliyinin tərkibinə daxil edilir. XIX əsrdə Birinci Səudiyyə əmirliyinin əlinə keçsədə Osmanlı-Səudiyyə müharibəsi nəticəsində təkrar Osmanlıların əlinə keçir. XX əsrin əvvəllərində Haşimilər sülaləsinin üsyanı nəticəsində yaranmış Hicaz krallığının tərkibinə daxil olur. Ancaq, tezliklə Hicaz krallığı süqut edir və torpaqları əvvəl Nəcd və Hicaz krallığının, sonra isə Səudiyyə Ərəbistanı əmirliyinin tərkibinə qatılır.

İqlim Taif şəhərində isti səhra iqlim tipi var. İlin yay ayları isti, qış ayları mülayim keçir. Yağıntının miqdarı çox aşağıdır. Yaz və payız aylarının sonu yağışlar çoxalır.

Həmçinin bax Məkkə Şərifliyi Hicaz krallığı Birinci Səudiyyə əmirliyi Osmanlı-Səudiyyə müharibəsi Nəcd əmriliyi

İstinadlar

Kateqoriya:Səudiyyə Ərəbistanı şəhərləri Kateqoriya:VI əsrdə yaranan yaşayış məntəqələri