İmamqulubəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə, Quzanlı qəsəbə inzibati ərazi dairəsi tərkibində yeni salınmış qəsəbələrdən birinin İmamqulubəyli qəsəbəsi adlandırılması, Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı. Həmin Qanunla, İmamqulubəyli qəsəbəsinin Quzanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsinun yaradılması qərara alınmışdı.

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Quzanlı bələdiyyəsinin ərazisinə aid edilib.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun qəsəbələri

Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri