Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Adı Keçmiş adı Tərəkəmə Alıbəylidir. Kəndi tərəkəmə elatının alıbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Sonralar toponimin birinci komponenti düşmüşdür. Etnooykonimdir. 1933-cu ildə Cəlilabad rayonunun Qaralı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Tarixi Azərbaycan SSR-in 1926-cı il tarixli inzibati-ərazi bölgüsünə əsasən Alıbəyli kəndi Ağdam qəzasının Xındırıstan dairəsinə aid edilibНаселение Агдамского уезда на 1926 года ..

1929-cu il inzibati ərazi islahatı nəticəsində Alıbəyli kəndi Azərbaycan SSR Üçoğlan kənd Şurasının (Sovetliyinin) tərkibində aid edilib.

1961 - 1977-ci illərdə Alıbəyli Üçoğlan Sovetliyində fəaliyyət göstərib .

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu ilə Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi təşkil edilmiş, onun nizamnaməsi qəbul edilmişdir.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi" yaradılıb.

Əhalisi Şəxsiyyətləri Azər Rüstəmov — Xalq Artisti Qədir Rüstəmovun birinci xanımından olan oğlu.

Həmçinin bax Ağdam rayonunun Alıbəyli bələdiyyəsi

Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsi

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri