Anil Ambani (, ; d. 4 iyun 1959, Mumbay, Maxaraştra, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Anil Dhirubhai Ambani Group" şirkətinin səhmdarı.Leyla Əliyeva. "Milyonçu" layihəsi: Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder . publika.az, 25.07.2014
Həyatı Anil Ambani 4 iyun 1959-cu ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində anadan olmuşdur.
Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, kiçik oğlu olan Anilə də yüksək təhsil vermişdir. Anil, Mumbay Universitetində bakalavr dərəcəsi almışdır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Pensilvaniya Universitetində magistr dərəcəsinə yiyələnir.
Anil Ambani Hindistanda Bollivud film sənayesinin ən böyük istehsalçılarından biridir.
Ailəsi
Qardaşların münaqişəsi Atalarının sərvətini bölüşdürmək Anil və böyük qardaşı Mukeş üçün heç də asan olmamışdır. Ataları vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər. Hətta uğurları ABŞ-nin "Time" jurnalında "Asiyanın sahibi ailələr" başlığı ilə manşetə də çıxır. Amma onların bu mehribançılığı uzun çəkmir. Qardaşlar arasında narazılıq yaranır. Belə ki, Anil iş həyatında Mukeşin kölgəsində qalmaqdan bezir. Ailədə baş verən münaqişə 7 ay bütün ölkə gündəmində olur. Nəticədə qardaşların anası Kokilaben Ambani ailə sərvətini onlar arasında bölüşdürməyi qərara alır. Mukeş özündə neftkimya, tekstil, enerji sənayelərini, eləcə də "Reliance Industries"un adını özündə saxlayır. Anilə isə "Reliance Capital" (sığorta şirkəti, bank), "Reliance Communications" (Hindistanın ən böyük ikinci mobil operatoru) verilir. O, biznes yoluna "Reliance Anil Dhirubhai Ambani Group" adı altında davam edir. Anlaşmaya görə, qardaşlar 10 il boyunca bir-birinə rəqib olacaq heç bir sahəyə investisiya qoymamaq öhdəliyi götürürlər.
Evi thumbnail|Həyat yoldaşı Tina Anil Ambani keçmiş Bollivud aktrisası olan Tina Munim ilə evlidir. Onların bu nikahdan 2 oğlu var: Jai Anmol və Jai Anşul.About Us — Our Chairman- Chairman's Profile . relianceadagroup.com
Maraqlı fakt Heç bir sahədə qardaşı Mukeş Ambanidən geri qalmaq istəməyən Anil keçmiş Bollivud ulduzu olan arvadına rəfiqələri ilə gəzmək üçün 49 milyon dolarlıq yaxta sifariş vermişdir.
Biblioqrafiya Yogesh Chabria, Happionaire's Cash The Crash. CNBC – Network18, 2009. ISBN 978-81-906479-5-3
İstinadlar
Xarici keçidlər Profile at Reliance ADAG Profile at Forbes Anil Ambani: collected news and commentary at The Times of India
Kateqoriya:Mumbayda doğulanlar Kateqoriya:Ambani ailəsi Kateqoriya:Hindistan milyarderləri Kateqoriya:İş adamları Kateqoriya:Mumbay Universitetinin məzunları Kateqoriya:Pensilvaniya Universitetinin məzunları