İultinski rayonu — Rusiyanın Çukot Muxtar Dairəsinə daxil olan inzibai rayon.

Coğrafiyası İultinski rayonu Çukot Muxtar Dairəsinin şimal-şərqində yerləşir. Şimaldan Çukot və Şərqi Sibir dənizləri onun sahillərini yuyur.

Bu ərazinin özünə məxsusluğu ondadır ki, ərazi qütb en dairəsi daxilində, üstəlik 180-ci meridianda yeeləşir. Ərazinin bir hissəsi şərqdə, bir hissəsi isə qərb yarımkürrəsində yerləşir.

Təbiəti Rayonun ərazisindən Oxot-Çukot vulkanik xətti keçir. Bu ərazilərfə volfram və qalay kifayət qədər zəngindir. Üstəlik kömür olan ərazilər vardır.

thumb|700px

Təbiəti elə də rəngarəng deyildir. Ərazi əsasən dağ tundrası və Arktik zonalardan ibarətdir. Rayonun ən zəngin əraziləri əsasən Amquema çayı hövzəsi gözəl dağ mənzərələri və dağ gölləri ilə seçilir. Rayonun ərazisinə daxil olan Vrangel adası UNESCO-nun Ümumdünya irsi elan edilmişdir.

Faydalı qazıntılar İultinski rayonu faydalı qazıntılarla zəngindir Faydalı qazıntılar Ümumi ehtiyat, t. İstifadəsi Qalay 95000 1992 ildən Voolfram 150000 1992 ildən Qızıl 210 hazırlıq işləri gedir Mobilden 40000 ehtiyat Gümüş 2000 ehtiyat Sürmə 31000 ehtiyat Sinq 3100000 ehtiyat Civə ? 1978 ildən Üstəlik ərazidə qonur kömür, tikinti daşı, gil ehtiyatları vardır. Qaz və neft ehtiyatlarının olması ehtimal edilir.

Tarixi 1953-cü ilin 2 dekabrında RSFSR-nın qərarı ilə Xabarovsk diyarının tərkibində rayonların yaradılması haqqında qərara əsasən təşkil edilmişdir. Rayonun mərkəzi Eqvekinot qəsəbəsidir.

1953-cü ili 3 dekabrında növbəti qərarla Maqadan vilayətinin təşkil olması ilə rayon Çukot Muxtar Diyarının tərkibində Maqadan vilayətinə daxil edilir.

1973-cü ilin 27 dekabr qərarı ilə İultinski rayonu yeni təşkil olunmuş Şmidtov rayonunun tərkibinə qatılır. 30 may 2008 ildə Çukot Muxtar Diyarının № 40 qərarı ilə hər iki rayon Şərq rayonu adı ilə bir inzibati mərkəzdə birləşdirilir.

18 noyabr 2008 ildə № 146 qərarla Şərq rayonu yenidən İultinski rayonu adlandırılır.

1 yanvar 2010 il məlumatına əsasən inzibati cəhətdən rayon 8 bölgəyə ayrılır: İki şəhər tipli qəsəbə :Eqvenikot və Şmidt burnu; altı kənd: Amquema, Vankarem, Konerqino, Nutepelmen, Rırkaypiy, Uelkal.

Billinq əvvələr Şmidt rayonuna daxil edilsədə sonradan 2009-cu ildən Çaun rayonuna daxil edilmişdirМинистерство Юстиции РФ — Закон Чукотского автономного округа от 15.12.2009 № 160-ОЗ "О внесении изменений в некоторые законодательные акты Чукотского автономного округа, регулирующие отношения в сфере местного самоуправления".

oktyabr 2010 ildə Nutepelmen kəndi İultinski rayonunun ərazisinə daxil edilirЗакон Чукотского автономного округа от 20 октября 2010 г. № 85-ОЗ "Об упразднении сельского поселения Нутэпэльмен Иультинского муниципального района Чукотского автономного округа и о внесении изменений в отдельные законодательные акты Чукотского автономного округа".

Nəqliyyat Yerli əhəmiyyətli avtomobil yolunun uzunluğu 415 km təşkil edir. Rayonun əsas arteriya damarı il boyu açıq olan İultin-Eqvekinot avtomobil yoludur. Digər yollar isə mövsümü yollar hesab edilir. Əsas dəniz limanları Eqvekinot və Şmidt burnu limanlarıdır.

Digər rayonlar və ölkənin başqa bölgələr ilə əlaqə xüsusi ilə sərnişin daşımada hava nəqliyyatı ilə əlaqə yaradılır.

Rayonda dəmiryolu nəqliyyatı yoxdur. Rayonun əsas gəlir sahəsi maralçılıq, balıqçılıq və hasilat sənayesi vastəsi ilə əldə olunur.

Mətbuatı Rayonun gündəlik qəzeti "Zaliv Kresta"dir (1994 ilə qədər. — "Qornyak Zapolyarnıy"), qəzet rayonun rəmi mətbu orqanıdır.

İstinadlar

Mənbə İultinski rayonunun rəsmi saytı Официальный сайт муниципального образования. Форум жителей посёлков Иультинского района. О районе на сайте Чукотизбиркома. Muzey mərkəzi "Naslediye Çuketki"

Kateqoriya:İultinski rayonu Kateqoriya:1953-cü ildə yaranmış dövlətlər və ərazilər