Mədrəs Universiteti () — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. Kəlkətə və Mumbay universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir.
Tarixi Universitetin əsası 5 sentyabr 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür.
Strukturu Madras Universitetinin təşkilati strukturunu aşağıdakı qurumlar əhatə edirAbout University . unom.ac.in : Senat; Sindikat; Akademik Şura; Fakültələr; Maliyyə Komitəsi; Araşdırma Forumları.
Fəaliyyəti Bu universitetə bağlı olan bir sıra araşdırma qurumları tərəfindən dinə — təsəvvüfə dair bir çox əsər yayımlanmışdır.İslam Ansiklopedisi cilt: 18; sayfa: 99. islamansiklopedisi.info Buraya bağlı olan çox saydakı kolleclərin bir qismi İslami təhsil verməkdədir.
Kampusları Universitetin 6 kampusu var: Çepauk kampusu; Marina kampusu; Quindi kampusu; Taramani kampusu; Çetput kampusu; Maduravoyal kampusu.
Məktəbləri Universitetin nəzdində fəaliyyət göstərən məktəblər bunlardırSchools . unom.ac.in : Tarixi Araşdırmalar Məktəbi; İctimai Elmlər Məktəbi; Siyasi və Beynəlxalq Araşdırmalar Məktəbi; İqtisadiyyat Məktəbi; Fəlsəfə və Dini Düşüncə Məktəbi; Gözəllik və Performans İncəsənəti Məktəbi; İngilis dili və Xarici Dillər Məktəbi; Tamil və digər Dravid Dilləri Məktəbi; Sanskrit və digər Hind Dilləri Məktəbi; Menecment Araşdırmaları Məktəbi; Riyaziyyat, Statistika, Kompüter Elmləri Məktəbi; İnformasiya və Kommunikasiya Araşdırmaları Məktəbi; Yer və Atmosfer Elmləri Məktəbi; Kimya Elmləri Məktəbi; Fizika Məktəbi; Həyat Elmləri Məktəbi; Təməl Tibb Elmləri Məktəbi; Nano Elm və Fotoniklər Məktəbi.
Kitabxanaları Mədrəs Universitetinin 4 əsas kitabxanası var. Bunların hər biri bir kampusda yerləşirUniversity Libraries . unom.ac.in : Mədrəs Universiteti Kitabxanası (Çepauk kampusu) — 1907-ci ildə Konnemara Xalq Kitabxanasında yaradılmışdır. Hind-Britaniya üslubunda tikilmiş mövcud kitabxana binası isə qranit guşəli tağlardan, səkkizbucaqlı bazalı qübbədən ibarətdir və inşası başa çatdıqdan sonra – 3 sentyabr 1936-cı istifadəyə verilmişdir. Köşkləri Hindistandakı İslam memarlığına bənzəyir.MADRAS UNIVERSITY LIBRARY (MUL) . unom.ac.in ; Mərkəzi Kitabxana (Quindi kampusu); Mərkəzi Kitabxana (Marina kampusu); Mərkəzi Kitabxana (Taramani kampusu).
Simvolları Universitetin əsas simvolu olan gerb bu ali məktəbin yarandığı il – 1857-ci ildə dizayn edilmişdir.
Tanınmış məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hindistan universitetləri Kateqoriya:1857-ci ildə yarananlar Kateqoriya:Çennaidə təhsil Kateqoriya:5 sentyabrda yarananlar