Aşağıda uydurma və ya bədii ədəbiyyatda olan azərbaycanlıların siyahısıdır.

Uydurulmuş azərbaycanlı şəxslər Cazibə Abbasova — "Yaxşı Cazibə" televiziya serialında obraz. Dronqo — Gizli agent, yazıçı Çingiz Abdullayevin romanlarının əsas qəhrəmanı. Əli xan Şirvanşir — Yazıçı Qurban Səidin "Əli və Nino" romanında rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Əliş Kərəmli — Yazıçı Sergey Borodinin "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir.Tərxan Paşazadənin "Əliş Kərəmli – real şəxs, yoxsa nağıl personajı?" məqaləsi: "Kultura.Az"da və "Kult.Az"da . 07.11.2014. və "YouTube"da "Əliş Kərəmli hekayəsi". 03.11.2014 Ferdinand Kərimov və ya Mr. K — Televiziya ustası, "Grand Theft Auto V" video oyununda personaj. Koroğlu — Koroğlu dastanının mistik xalq qəhrəmanı. Qara Qasım — Yazıçı Boris Akuninin "Erast Fandorin" romanında Fandorinin yol yoldaşı. Qurd Cəbrayıl — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Məşədi İbad — Tacir, bəstəkar Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası olan O olmasın, bu olsun və eyni adlı filmindən obraz. Şamaxı çariçası — Yazıçı Aleksandr Puşkinin "Qızıl xoruz nağılı"nda personaj. Tahir Cavan — Varlı iş adamı, "Grand Theft Auto V" video oyununda personaj.

Həmçinin bax Azərbaycanlılar Azərbaycanlıların siyahısı

İstinadlar

Kateqoriya:Personajlar Kateqoriya:Uydurulmuş azərbaycanlılar Kateqoriya:Azərbaycanlıların siyahıları