Nevroz — ümumi tibbdə köhnəlmiş termin. Narahatlıq, depressiya və ya digər xoşbəxtsizlik və ya sıxıntı hissləri ilə xarakterizə olunan psixi pozğunluqlara istinad etmək üçün istifadə edilir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dərc olunan Xəstəliklərin Beynəlxalq Təsnifatı və Amerika Psixiatriya Assosiasiyası tərəfindən dərc olunan Psixi pozğunluqların diaqnostik və statistik təlimatı kimi təsnifatedici sənədlərdə "nevroz" sözü artıq hər hansı psixoloji pozuntuların adlandırması üçün işlənilmir. 2007-ci ildə nəşr olunan Amerika İrsi Tibbi Lüğətinə () görə bu ifadə artıq psixiatriya diaqnostikasında işlənilmir.

Eyni zamanda, psixoanalizdə və psixodinamikada nevroz sözü hələ də işlənilir.https://www.taylorfrancis.com/chapters/edit/10.4324/9780429478994-8/psychopathology-psychodynamics-neurosis-matthias-elzer-michael-wolf-hermann-schultz-irmgard-dettbarn-anne-marie-schloesser

Tarixi “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyişiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir. Bəzi müəlliflərin fikrincə nevrozların klassik 3 forması nerasteniya, sayrışan hallar nevrozu, isteriya ilə yanaşı digər nevrozlar və nevrotik hallar da mövcuddur. Bunlara ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, vegetanevroz və s. aid edilir.

İstinadlar

Qeydlər

Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Psixoanalitik nəzəriyyə