Xan-Tenqri (, , ) — Tyan-Şan dağ silsiləsində yerləşən dağ zirvəsi. Xan-Tenqri İsıkgölün şərqində Çin-Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşir. Onun geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Buna görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır. Xan-Tenqri adının hərfi mənası Qazaxca Kral Səması mənasına gəlir və çox güman ki, bu ad ilahi Göy Tanrıya istinad edir. Bəzi digər yerli dillərdə Xan Tenqri Şingi, Kan-Too Çokusu, Pik Xan-Tenqri, və Xantenqri Fenq kimi də adlanır.
Xan-Tenqri Tyan-Şanda hündürlüyünə görə ikinci dağ zirvəsidir. Hündürlüyünə görə yalnız Ceniş Çokusudan (Qələbə zirvəsi mənasına gəlir, əvvəlki adı Pobeda zirvəsi, 7439 m) geri qalır. Xan-Tenqri Qazaxıstanın ən yüksək nöqtəsi , Qırğızıstanın isə Ceniş Çokusu və İbn Sina zirvəsindən (7,134 m) sonra üçüncü ən yüksək zirvəsidir. Bu dağ həm də dünyanın ən şimaldakı 7,000 metrlik zirvəsi sayılır. Sərt hava şəraiti və havanın seyrək olması ilə əlaqədar olaraq, zirvənin çox qısa alpinizm mövsümü var.
Tarixi thumb|300px|left|Zirvənin 100 som qırğız əsginasında təsviri Baxmayaraq ki, Xan-Tenqri yaxınlıqda olan Ceniş Çokusudan 430 metr az hündürlüyə malikdir, 1943-cü ilə kimi bu dağ silsiləsində ən hündür zirvə hesab edilirdi. 1943-cü ildə Ceniş Çokusunun hündürlüyünün daha yüksək olduğu araşdırmalar nəticəsində müəyyən olundu.
Pyotr Semyenov əzəmətli Xan-Tenqri zirvəsini görən ilk avropalı olub (1857-ci il). Zirvə ilk dəfə 1931-ci ildə Mixail Poqrebetskiyin Ukraynalı komandası tərəfindən fəth edilib. Bu komandanın marşrutu qərbi silsilə boyu, cənubdan (Qırğızıstan tərəfdən) idi. Kuzminin komandası isə 1964-cü ildə zirvəni şimaldan (Qazaxıstan tərəfdən) ilk fəth edən komanda olub. Xan-Tenqri nüfuzlu Qar bəbiri mükafatını qazanmaq üçün Sovet alpinistlərinin fəth etməli olduğu beş zirvədən biridir.
Zirvə 100 sum qırğız əsginasında təsvir edilib. 2004-cü ildə ondan çox alpinist dağın ən məşhur marşrutu Poqrebetskiy marşrutu üzrə hərəkət edərkən böyük qar uçqunu nəticəsində həlak olub.
İstinadlar
Xarici keçidlər Xan-Tenqri SummitPost.org Xan-Tenqri Xan-Tenqri marşrut xəritəsi
Kateqoriya:Müqəddəs dağlar Kateqoriya:Dağ zirvəsi – yeddiminliklər Kateqoriya:Çin dağları Kateqoriya:Tenqriçilik Kateqoriya:Dağ zirvəsi – altıminliklər Kateqoriya:İsıkgöl vilayəti Kateqoriya:Qazaxıstan dağları Kateqoriya:Qırğızıstan dağları