Məzmun Filmdə hadisələr müasir şəhərdən, sivilizasiyadan uzaq, real və irreal aləmin qovuşduğu ucqar bir məkanda baş verir. Orada mistika və gerçəklik o qədər bir-birinə qarışıb ki, hər cür möcüzə gözləniləndir. Oranın insanları öz yazılmamış qanunları ilə yaşayırlar. Onları pozanlara verilən cəzalar da tamamilə fərqlidir.
Film haqqında Filmdə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq birbaşa səsyazma avadanlığından istifadə olunmuşdur.
Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).
Filmdə Yuxarı Çardaxlar kəndinin sakinləri də çəkilmişlər.
Filmin televiziyada ilk nümayişi 12 aprel 2008-ci ildə SKY CHANNEL 195 ilə gerçəkləşib. Qeyd edək ki, SKY CHANNEL 195 televiziya kanalı gənc istedadların yeni filmlərinin nümayişi üzrə ixtisaslaşıb.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İradə Səyya Quruluşçu rejissor: İlqar Safat, Mikayıl Mikayılov Səs rejissoru: Teymur Kərimov
Rollarda Ruslan İsmayılov — Abu Sona Mikayılova (Sonaxanım Mikayılova kimi) İdris Rüstəmov Vüsalə Ağamalıyeva
Sponsor Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Çəkilişə köməklik edən qurumlar Yuğ Teatrı
Çəkilişə kömək edənlər Vaqif İbrahimoğlu
Mənbə "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.
Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər