Sərtab Ərənər (; d. ) — Türkiyə pop müğənnisi, 2003-cü ildəki Avroviziya Mahnı Müsabiqəsinin qalibi.
Sərtab Erener koloratur soprano səsi ilə diqqət çəkərək Sezen Aksunun vokal qrupuna qoşulmuş, onun dəstəyi ilə nəşr etdirdiyi albomlar sayəsində 1990-cı illərin əvvəllərində geniş tanınmışdır.
Sezen Aksunun dəstəyi ilə işıq üzü görən "Sakin Ol!" (1992) albomu ilə musiqi karyerasında uğur qazanan Erener, 1990-cı illər ərzində nəşr etdirdiyi "Lâ’l" (1994), "Sertab Gibi" (1997) və "Sertab Erener" (1999) albomları ilə Türkiyə pop musiqisinin inkişafına mühüm töhfə vermişdir. Bu albomlarda yer alan "Sakin Ol!", "Aldırma Deli Gönlüm", "Ateşle Barut", "Sevdam Ağlıyor", "Aslolan Aşktır", "Yanarım", "Zor Kadın" və "Vur Yüreğim" mahnıları geniş şöhrət qazanmışdır.
2000-ci illərin əvvəllərində Erener "Kumsalda" və "Kendime Yeni Bir Ben Lazım" mahnıları ilə də uğurunu davam etdirmişdir. O, 2003-cü ildə keçirilən "Eurovision" Mahnı Müsabiqəsində "Everyway That I Can" mahnısı ilə qalib gələrək Türkiyəyə müsabiqə tarixində ilk qələbəsini qazandırmış, bununla da beynəlxalq miqyasda tanınmışdır.
Albomları Sakin Ol! (1992) Lâ'l (1994) Sertab Gibi (1997) Sertab Erener (1999) Turuncu (2001) No Boundaries (2004) Aşk Ölmez (2005) Painted On Water (Dəmir Dəmirkən ilə, 2009) Rengârenk (2010)
İstinadlar
Xarici keçidlər
www.sertab.org
Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyə Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri
Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Türkiyənin "Avroviziya" təmsilçiləri