Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; ) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.Milli Bankın sədri vəfat etdi femida.az, 22.09.2015 Azərbaycan SSR əməkdar iqtisadçısı (1991)."Respublikanın plan, statistika və maliyyə orqanları işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 30 yanvar 1991-ci il tarixli, 151 nömrəli Fərmanı

Həyatı Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.Azərbaycan Milli Bankının ilk sədri Qalib Ağayev vəfat edib . apa.az, 22.09.2015

Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.

Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş və müstəqil Azərbaycan Respublikasının yeni yaranmış Milli Bankının ilk İH sədri təyin olunmuş,

Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı yenidən İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir.

22 sentyabr 2015-ci ildə vəfat etmişdir.

Mükafatları Azərbaycan SSR əməkdar iqtisadçısı — 30.01.1991

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Mərkəzi Bankının sədrləri