Alfred Verner(; 12 dekabr 1866, Müluz — 15 noyabr 1919, Sürix) — İsveçrə kimyaçısı. Kimya üzrə Nobel mükafatı laureatı (1913).

Həyatı Müluzda (Elzas, Fransa) (1866–1919), İsveçrə kimyaçısı Verner Alfred 1889- cu ildə Sürix Politexnik institutunu bitirmişdir. 1893–1915- ci illərdə Sürix Universitetində professor vəzifəsində çalışmış, 1909- cu ildə Universitetin nəzdindəki Kimya İnstitutunun direktoru olmuşdur. 1913- cü ildə molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və qeyri- üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə alimə Nobel mükafatı verilmişdir.

Alfred Verner 15 noyabr 1919-cu ildə vəfat edib.

İstinadlar

Həmçinin bax Nobel mükafatı

Kateqoriya:İsveçrə kimyaçıları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:İsveçrə Federal Texnologiya İnstitutunun məzunları